Daşınmaz Əmlakın İcbari Sığortası
Qeyd:
18 Oktyabr 2011-ci il tarixində qüvvəyə minmiş “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun 35.2–ci maddəsinə hüquqi və fiziki şəxslərə məxsus tikililərin, yaşayış və qeyri-yaşayış sahələrinin, yaşayış evləri və binalarının, mənzillərin, habelə dövlət əmlakının sığortası icbaridir.
Hüquqi şəxslərin öz fəaliyyətini, həmçinin hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin sahibkarlıq fəaliyyətini həyata keçirməsi üçün istifadə etdikləri daşınmaz əmlakın icbari sığortası üzrə sığorta haqları daşınmaz əmlakın dəyərindən, istifadə məqsədindən və azadolma məbləğindən asılı olaraq hesablanır.