*8778

SİZİN ÜÇÜN FAYDALI

Kənd təsərrüfatı Məhsullarının sığortası

Kənd təsərrüfatı məhsulları müxtəlif risklər ilə üzləşir. Bu sahə üzrə əsas risklərdən biri istehsalçıların fəaliyyəti nəticəsində istehsal dərəcəsinin qeyri müəyyən olmasıdır. 

Risklərin idarə olunmasında dəyərli alət hesab olunan Kənd təsərrüfatı məhsullarının sığortası təbii fəlakət sayılan dolu, sel/ daşqın, yanğın, quraqlıq və sair riklər nəticəsində istehsal itkilərinə qarşı fermerlərin maliyyə təhlükəsizliyini təmin edir.

Kənd təsərrüfat məhsullarının sığortası növü üzrə Meqa Sığorta ASC-nin təklif etdiyi sığorta təminatı faktiki zərər məbləğinə əsaslanır.


  • Maksimal Sığorta məbləği 

    • Bir sahə üzrə - 2 000 000 AZN
    • Bir region üzrə - 10 000 000 AZN

  • İstisnalar

    • Müharibə, terror, qiyam, ixtişaş;
    • Xəstəlik və həşaratların vurduğu zərər;
    • Kimyəvi maddələrin və gübrələrin vurduğu zərər;
    • Elektrik / su / qaz təchizatında yaranan problemlər;
    • İstixananın isitmə/soyutma sistemində olan qüsurlar nəticəsində yaranan zərərlər;
    • Məhsul yığımından sonra baş vermiş zərələr və.s.

Sığorta müddəti kənd təsərrüfatı məhsulundan asılı olaraq dəyişir.  

Online Xidmətlərimizə
Xoş Gəlmisiniz!

ELEKTRON SIĞORTA MÜQAVİLƏSİ

(hüquqi şəxslər VÖEN, digərləri FİN kodu daxil edin)