Məsuliyyət Sığortası
İşgüzar fəaliyyətinizi həyata keçirən zaman baş verəcək sığorta hadisələri nəticəsində Sizə qarşı irəli sürülən iddia və tələblərə münasibətdə sığorta müqaviləsinin şərtlərinə müvafiq olaraq təminat verir.
Biznes fəaliyyətinizi həyata keçirərkən fəaliyyət göstərdiyiniz sahəyə uyğun olaraq Məsuliyyət Sığortası növlərini bağlamaq Sizin öz fəaliyyətinizi daha arxayın həyata keçirməyə imkan verir.
“Meqa Sığorta” ASC-da aşağıdakı Məsuliyyət Sığortası növləri üzrə məsuliyyətinizi sığortalaya bilərsiniz:
“Meqa Sığorta” ASC-ya müraciət etməklə Siz mütəxəsisslərimiz tərəfindən məsuliyyət sığortası üzrə geniş məlumat ala bilərsiniz.

Üçüncü Şəxslər Qarşısında Mülki Məsuliyyət Sığortası
- Bu sığorta növü baş verəcək sığorta hadisəsi nəticəsində üçüncü şəxslərin həyatına, sağlamlığına və ya əmlaklarına dəyən itki və zərərə görə üçüncü şəxslər qarşısında yaranmış məsuliyyətə təminat verir.
- Bu sığorta növü ilə Şirkətinizin işçilərinin, vəzifəli şəxslərinin, həmçinin etibarnamə və vəzifə təlimatlarına əsasən Şirkət adından çıxış edən digər şəxslərin hərəkətləri nəticəsində yaranmış məsuliyyət də sığorta təminatına daxil edilir.
İşəgötürənin Məsuliyyət Sığortası
- Bu sığorta növü işçilərin iş yerində vəzifələrini yerinə yetirərkən baş vermiş iş qəzaları nəticəsində bədən xəsarəti alması və ya həlak olması nəticəsində işəgötürənin ödəməli olduğu xərclərə təminat verir.
- “Meqa Sığorta” ASC, İşəgötürənin məsuliyyət sığortası növü ilə baş vermiş hadisələr nəticəsində ortaya çıxan mübahisələrdə Sizə qarşı iddia qaldırıldıqda məhkəmə xərclərini və vəkil haqlarını ödəməyi də öhdəsinə götürür.
Peşə Məsuliyyətinin Sığortası
- Peşə məsuliyyətinin sığortası işçilərinizin işlərin və xidmətlərin göstərilməsi zamanı peşə səhvləri, səhlənkar əməlləri nəticəsində vurulmuş zərərlə bağlı yaranan xərclərə təminat verir.
Məhsula görə Məsuliyyət Sığortası
- Məhsula görə məsuliyyət sığortasını əldə etməklə göstərdiyiniz xidmət, gördüyünüz iş və məhsulun səbəb olduğu üçüncü şəxslərin əmlak mənafelərinə fiziki şəxslərin səhhətinə dəymiş zərərin Sizin tərəfinizdən ödənilməsi ilə bağlı ortaya çıxmış xərclər “Meqa Sığorta” ASC tərəfindən qarşılanır.
“Meqa Sığorta” ASC-ya müraciət etməklə Siz mütəxəsisslərimiz tərəfindən məsuliyyət sığortası üzrə geniş məlumat ala bilərsiniz.