*8778

SİZİN ÜÇÜN FAYDALI

İcbari Əmlak Sığortası

Azərbaycan Respublikasında İcbari Sığorta növləri üzrə fəaliyyət göstərmək üçün  sığorta şirkətləri İcbari Sığorta Bürosunun iştirakçı sığortaçıların reyestrinə daxil edilməlidir. "Meqa Sığorta" ASC 28 Mart 2012-ci il tarixdə İcbari Sığorta Bürosunun iştirakçı sığortaçıların reyestrinə daxil edilmişdir
İcbari Əmlak Sığortası nə üçün lazımdır ?


  • Daşınmaz əmlakın icbari sığortası daşınmaz əmlakın yanğın və ya digər hadisələr nəticəsində zədələnməsi, məhv olması, yaxud hər hansı formada itkisi ilə bağlı dəyən zərərin əvəzinin ödənilməsi məqsədi ilə tətbiq edilir.
  • Daşınmaz əmlakın icbari sığortası ilə yanğın, qaz partlayışı, qısaqapanma, subasma, təbii fəlakətlər, üçüncü şəxslərin qanuna zidd hərəkətləri və digər hadisələrə təminat verir.

Qeyd:


18 Oktyabr 2011-ci il tarixində qüvvəyə minmiş “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun 35.2–ci maddəsinə hüquqi və fiziki şəxslərə məxsus tikililərin, yaşayış və qeyri-yaşayış sahələrinin, yaşayış evləri və binalarının, mənzillərin, habelə dövlət əmlakının sığortası icbaridir.
Yaşayış evləri və mənzillərin icbari sığortası üzrə sığorta məbələğləri və sığorta haqları:

Bakı şəhərində yerləşən
daşınmaz əmlak üzrə sığorta məbləği 25.000,00 AZN
Sığorta haqqı 50,00 AZN
Gəncə, Sumqayıt və Naxçıvan şəhərlərində yerləşən
daşınmaz əmlak üzrə sığorta məbləği  20.000,00 AZN
Sığorta haqqı 40,00 AZN
Digər yaşayış məntəqələrində yerləşən
daşınmaz əmlak üzrə sığorta məbləği 15.000,00 AZN
Sığorta haqqı 30,00 AZN



Online Xidmətlərimizə
Xoş Gəlmisiniz!

ELEKTRON SIĞORTA MÜQAVİLƏSİ

(hüquqi şəxslər VÖEN, digərləri FİN kodu daxil edin)