2010-cu ildə təsis edilmiş "Meqa Sığorta" ASC, peşəkar yanaşma, yüksək etibarlılıq, xidmətlərin keyfiyyəti, fərdi və korporativ müştərilərə təklif olunan geniş çeşidli sığorta məhsulları, həmçinin, qabaqcıl beynəlxalq idarəetmə sistemlərinin tətbiqi nəticəsində Azərbaycan sığorta bazarının liderlərindən biridir.
Şirkətin fəaliyyətinin şəffaflığını, yüksək maliyyə sabitliyini, sürətli inkişafını təmin etməyə yönəlmiş strategiyasını həyata keçirmək məqsədi ilə "Meqa Sığorta" ASC hər il Beynəlxalq Maliyyə Hesabatı Standartlarına (MHBS) uyğun olaraq dünyanın aparıcı auditor şirkətləri tərəfindən audit olunur və həmçinin SGS şirkəti tərəfindən təsdiqlənmiş ISO 9001 beynəlxalq standartına uyğun olaraq Keyfiyyət İdarəetmə Sistemini tətbiq edir.
Müştəri sorğularının operativ cavablandırılması məqsədi ilə Şirkətin Bakı ofisləri ilə yanaşı, Azərbaycanın müxtəlif bölgələrində filial və nümayəndəlik şəbəkəsi mövcuddur.
Şirkətin VÖEN: 1400143091
32 könüllü və 3 icbari sığorta növü üzrə xidmət.
Filiallar və nümayəndəliklər daxil olmaqla, 20-dən çox satış nöqtəsi.
Hesabatların Beynəlxalq Maliyyə Hesabatı Standartlarına (MHBS) uyğunluğu.
160 nəfərdən çox əməkdaş.
"Meqa Sığorta" ASC fəaliyyətə 2010-cu ilin Oktyabr ayında başlamışdır.
"Meqa Sığorta" ASC fəaliyyətə 2010-cu ilin Oktyabr ayında başlamışdır. Azərbaycanın sığorta şirkətlərin arasında uğurla irəliləyərək aparıcı sığorta şirkətləri arasında layiqli yer tutmuşdur. İşə professional yanaşma, etibarlılıq, qabaqcıl beynəlxalq idarəetmə sistemlərinin tətbiqi, təklif etdiyi sığorta məhsullarının çeşidi və yüksək səviyyəli sığorta xidmətləri ilə müştərilərin inam və rəğbətini qazanan şirkət qısa zamanda Azərbaycan sığorta bazarının liderlərindən birinə çevrilməyə nail olmuşdur.
Müddətsiz lisenziyanın verilməsi.
"Meqa Sığorta" ASC-yə 2012 - ci ildə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən (№ 000587) müddətsiz sığorta fəaliyyəti lisenziyası verilmişdir.
İcbari Sığorta Bürosuna üzvlük.
28 Mart 2012-ci il tarixdən "Meqa Sığorta" ASC İcbari Sığorta növləri üzrə xidmətlərin göstərilməsi üçün İcbari Sığorta Bürosunun iştirakçı sığortaçıların reyestrinə daxil edilmişdir.
"Meqa Sığorta" ASC "Uğur" mükafatı ilə təltif olunub
2013-cü ildə sığorta şirkətləri arasında seçilərək "Meqa Sığorta" ASC sığorta bazarında müştəri məmnuniyyətinin artırılması uğrunda çalışdığına görə "Ən dinamik inkişaf edən sığorta şirkəti" adına layiq görülüb və bunun nəticəsində 2014-cü ildə “UĞUR” mükafatı ilə təltif olunub.
"Meqa Sığorta" ASC ISO - 9001 2008 keyfiyyət sertifikatı ilə təltif edilmişdir.
2015-ci ildə “Meqa Sığorta” ASC həmçinin İsveçrənin SGS beynəlxalq audit şirkəti tərəfindən aparılan yoxlamaların nəticəsi olaraq "Sığorta və Təkrarsığorta xidmətlərinin göstərilməsi" sahəsində ISO-9001 2008 keyfiyyət sertifikatı ilə təltif edilmişdir. Bu sertifikat Şirkətimizdə keyfiyyətin idarəetmə sisteminin effektiv təşkil edildiyini və onun beynəlxalq standartlara uyğunluğunu təsdiq edir və şirkətin əməkdaşlarının peşəkarlığını, proqram təminatının, planlaşdırma və proqnozlaşdırmanın mövcudluğunu, elektron sistemlərin effektiv tətbiqini, sənədlərin sistemləşdirilməsi və arxivləşdirilməsi və digər işlərin standartlara uyğun təşkil edildiyini özündə əks etdirir.
"Meqa Sığorta" ASC "European Quality Award" mükafatı ilə təltif edilmişdir.
2015-ci ildə isə Avropa Biznes Assambleyasının mütəxəssisləri İsveçrə keyfiyyət standartları institutu ilə birlikdə “Dünyanın Dinamik inkişaf edən şirkətləri” mövzusunda apardıqları araşdırmalar nəticəsində Avropa standartlarına uyğun olaraq keyfiyyət idarəetmə sisteminin, məhsul və xidmətlərin inkişafında yüksək nailiyyətlər qazandığına görə "Meqa Sığorta" ASC-ni “European Quality Award” mükafatı ilə təltif etmişdir.
"Meqa Sığorta" ASC "Yaşıl kart" sisteminə qoşulmuşdur.
2016- ci ildə “Meqa Sığorta” ASC “Yaşıl Kart” sistemi çərçivəsində fəaliyyət göstərmək hüququ olan ilk sığorta şirkətlərindən biri olmuşdur. Yaşıl Kart sistemi avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin sığortası şəhadətnaməsinin bu sistemin iştirakçıları, yəni üzv ölkələr arasında qarşılıqlı tanınması haqqında Sazişdir. Bu sistemə əsasən “Yaşıl Kart” haqqında Sazişin iştirakçıları olan dövlətlərin hər hansı biri tərəfindən verilmiş avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin sığorta şəhadətnaməsi həmin Sazişin iştirakçısı olan digər 48 dövlətin ərazisində etibarlı sayılır. Beləliklə, avtomobil nəqliyyatı vasitəsi ilə sistemin əhatə etdiyi xarici ölkələrə səfər edən sürücülər “Meqa Sığorta” ASC-dən “Yaşıl Kart” əldə etməklə bütün səfər boyunca mülki məsuliyyətlərini sığortalaya bilərlər.
“Meqa Sığorta” ASC Amerika Ticarət Palatasına – AmCham-a üzv oldu.
2016-cı ilin iyun ayından “Meqa Sığorta” ASC Azərbaycanda biznes maraqlarını təşviq edən və bir çox tanınmış şirkət və müəssisələrin təmsil olunduğu Amerika Ticarət Palatasına – AmCham-a üzv oldu. Amerika Ticarət Palatasına üzvlük “Meqa Sığorta” ASC-yə istər yerli, istərsə də xarici təşkilatlatlarla daha yaxından əməkdaşlıq etməyə, qanunvericilikdə baş vermiş dəyişikliklər, bazarın monitorinqi və araşdırmalar nəticəsində əldə edilmiş aylıq təhlillər vasitəsi ilə daha geniş məlumatlar əldə etmyə imkan yaradır, o cümlədən Palata tərəfindən keçirilən iclaslarda, brifinq və konfranslarda təmsil olunmaqla əlverişli biznes mühitinin formalaşmasında fəal iştirak etməyə təkan verir.
"Meqa Sığorta" ASC IFRS hesabatlarına keçib.
“Meqa Sığorta” ASC Beynəlxalq Maliyyə Hesabatları Standartlarına (IFRS) uyğun hesabatların auditini müvəffəqiyyətlə tamamlamışdır. Dünyanın ən nüfuzlu beynəlxalq audit şirkətlərindən biri hesab edilən “Ernst & Young” şirkəti “Meqa Sığorta” ASC-nin 31 dekabr 2016-cı il üzrə Beynəlxalq Maliyyə Hesabatları Standartlarına uyğun hazırlanmış hesabatlarına müsbət rəy vermiş və həmin rəydə maliyyə hesabatlarının bütün mühüm aspektlər üzrə düzgün tərtib edilməsi qeyd edilmişdir. Maliyyə Hesabatlarının Beynəlxalq Standartlar üzrə hazırlanması və istifadəçilərə təqdim edilməsi şirkət üzrə bütün əməliyyatların tam şəffaf və transparant aparıldığını bir daha təsdiq edir. Bundan əlavə Beynəlxalq Maliyyə Hesabatları Standartlarının tətbiqi, şirkətin səhmdarları, müştəriləri, həmçinin yerli və xarici sığorta və təkrarsığorta partnyorları üçün əhəmiyyətli sayılaraq, onun mövcud maliyyə vəziyyəti və fəaliyyəti haqqında məlumatların dəqiq, dürüst və şəffaf çatdırılmasını təmin edir və şirkətin gələcəkdə beynəlxalq kapital bazarlarına çıxışı üçün geniş imkanlar yaradır.
"Meqa
Sığorta" ASC ISO – 9001:2015 keyfiyyət sertifikatı ilə təltif edilmişdir.
İsveçrənin
SGS beynəlxalq audit şirkəti tərəfindən 2018-ci ildə aparılan növbəti yoxlamanın nəticələrinə əsasən “Meqa Sığorta” ASC-nin Keyfiyyət
Menecment Sistemi üzrə beynəlxalq standartlara uyğunluğu təsdiq olunmuş və Şirkətimiz
İSO 9001 standartının 2015-ci versiyasını uğurla alaraq, ISO-9001:2015 keyfiyyət
sertifikatı ilə təltif edilmişdir. Bu sertifikat Şirkətimizdə keyfiyyət idarəetmə
sisteminin effektiv təşkil edildiyini və onun beynəlxalq standartlara tam
uyğunluğunu təsdiq edir və şirkətin əməkdaşlarının peşəkarlığını, proqram təminatının,
planlaşdırma və proqnozlaşdırmanın mövcudluğunu, elektron sistemlərin effektiv
tətbiqini, sənədlərin sistemləşdirilməsi və arxivləşdirilməsi və digər işlərin
standartlara uyğun təşkil edildiyini özündə əks etdirir.
"Meqa
Sığorta" ASC "Caspian Business Award 2018" mükafatı ilə təltif
edilmişdir.
2018-ci ildə “Meqa Sığorta” ASC dünyanın 50-dən çox ölkəsində
yüksək və orta səviyyəli şirkətlərin menecerləri arasında keçirilmiş sorğu əsasında
“Caspian Business Award 2018” mükafatının nominasiyalar üzrə “Keyfiyyətli xidmət
və dayanıqlı inkişaf üzrə ilin sığorta şirkəti” adına layiq görülüb.
“Meqa
Sığorta” ASC “Alman-Azərbaycan Xarici Ticarət Palatası”-na üzv oldu.
2019-cu ilin mart ayından “Meqa Sığorta” ASC
bir çox tanınmış şirkət və müəssisələrin təmsil olunduğu “Alman-Azərbaycan
Xarici Ticarət Palatası”-na üzv oldu. “Alman-Azərbaycan Xarici
Ticarət Palatası”-na üzvlük “Meqa Sığorta” ASC-yə potensial
müştəri bazasının genişləndirilməsinə, Cəmiyyətin
brendinin geniş və daha da yaxından tanınmasına, Palata tərəfindən
təşkil olunan işgüzar görüş, təlim, biznes forumları və komissiyalarının
işində Cəmiyyətin nümayəndələrininn aktiv iştirakına, həmçinin Palatanın
apardığı araşdırmalar nəticəsində əldə edilmiş aylıq təhlillər
vasitəsi ilə daha geniş və etibarlı məlumatlar almaq imkanı yaradacaqdır.
“Meqa Sığorta” ASC “Azərbaycan - Fransa
Ticarət və Sənaye Palatası” İctimai Birliyinə üzv oldu.
2019-cu ilin
mart ayından “Meqa Sığorta” ASC Azərbaycanda
biznes maraqlarını təşviq edən və bir çox tanınmış şirkət və müəssisələrin təmsil
olunduğu daha bir aparıcı təşkilata “Azərbaycan
- Fransa Ticarət və Sənaye Palatası” İctimai Birliyinə üzv oldu. “Azərbaycan
- Fransa Ticarət və Sənaye Palatası” İctimai Birliyinə üzvlük “Meqa Sığorta”
ASC-yə istər yerli, istərsə də xarici təşkilatlatlarla əməkdaşlığı möhkəmləndirməyə
və Palata tərəfindən təşkil olunan konfranslarda təmsil olunmaqla, əlverişli
biznes mühitinin formalaşmasında fəal iştirak etməyə təkan verir.
“Meqa
Sığorta” ASC-nin rəsmi internet səhifəsi istifadəyə verildi.
“Meqa Sığorta” ASC-nin rəsmi
internet səhifəsi olan www.meqasigorta.az
istifadəçilərin ixtiyarına verilib.
Eyni zamanda “Meqa Sığorta” ASC onlayn satış sisteminin tətbiqinə
başlamışdır.
"Meqa Sığorta" ASC IFRS hesabatlarının auditini uğurla keçib.
“Meqa Sığorta” ASC Beynəlxalq Maliyyə Hesabatları Standardlarına (IFRS) uyğun hesabatların auditini müvəffəqiyyətlə tamamlamışdır. Dünyanın ən nüfuzlu beynəlxalq audit şirkətlərindən biri hesab edilən “KPMG” şirkəti “Meqa Sığorta” ASC-nin 31 dekabr 2019-cu il üzrə Beynəlxalq Maliyyə Hesabatları Standardlarına uyğun hazırlanmış hesabatlarına müsbət rəy vermiş və həmin rəydə maliyyə hesabatlarının bütün mühüm aspektlər üzrə düzgün tərtib edilməsi qeyd edilmişdir. Maliyyə Hesabatlarının Beynəlxalq Standartlar üzrə hazırlanması və istifadəçilərə təqdim edilməsi şirkət üzrə bütün əməliyyatların tam şəffaf və transparant aparıldığını bir daha təsdiq edir.
“Meqa Sığorta” ASC ISO 9001:2015
standartı üzrə 3 il müddətinə növbəti resertifikasiya auditindən müvəffəqiyyətlə
keçib.
Müstəqil ekspertiza, nəzarət, sınaq və sertifikatlaşdırma xidmətləri göstərən İsveçrə şirkəti "SGS Azeri Ltd" Keyfiyyət İdarəetmə Sisteminin ISO 9001:2015 Beynəlxalq standartına növbəti uyğunluq auditini "Meqa Sığorta" ASC-də müsbət nəticələrlə yekunlaşdırıb.
Audit Cəmiyyətin biznes proseslərinin və onları əhatə edən sənədləşdirilmiş məlumatların Keyfiyyət Menecment Sisteminin tələblərinə tam cavab verməsini bir daha təsdiq edib.
“Meqa Sığorta” ASC “Böyük
Britaniyanın Azərbaycandakı Ticarət Palatası”-na üzv oldu.
2022-ci
ilin iyun ayından “Meqa Sığorta” ASC bir çox tanınmış şirkət və müəssisələrin
təmsil olunduğu “Böyük Britaniyanın Azərbaycandakı Ticarət Palatası”-na
üzv oldu. “Böyük Britaniyanın Azərbaycandakı Ticarət Palatası”-na
üzvlük “Meqa Sığorta” ASC-yə Cəmiyyətin brendinin geniş və daha da
yaxından tanınmasına, Palata tərəfindən təşkil olunan işgüzar görüş,
təlim, biznes forumlarda Cəmiyyətin nümayəndələrinin aktiv iştirakına,
həmçinin Palatanın apardığı araşdırmalar nəticəsində əldə
edilmiş aylıq təhlillər vasitəsi ilə daha geniş və etibarlı məlumatlar almaq
imkanı yaradacaqdır.
"Meqa Sığorta Qrupu"nun Təlim Mərkəzi fəaliyyətə başlayıb.
2023-cü ilin iyul ayından etibarən Meqa Sığorta Qrupunun daxili resursları hesabına yaradılmış və sığorta sahəsində bilik və bacarıqların artırılmasına, eləcə də kadrların peşəkar inkişafına hədəflənmiş Təlim Mərkəzi fəaliyyətə başlamışdır.
“Meqa Təlim Mərkəzi” adı ilə fəaliyyət göstərəcək Mərkəzin əsas məqsədi sığorta sahəsində professionallığın artırılmasına, kadrların şəxsi və peşəkar inkişafına, komandanın qoyulan hədəflərə daha tez və effektiv çatmasına xidmət göstərməkdir. Təcrübə səviyyəsindən asılı olmayaraq, hər bir əməkdaş peşəkar bacarıqlarını inkişaf etdirmək üçün müvafiq təlim proqramlarında iştirak edə biləcək.
“Meqa Sığorta” ASC Azərbaycanda Kiber risklərdən sığorta təminatı verməyə icazə almış ilk sığorta şirkəti oldu.
Azərbaycan Respublikası Mərkəzi Bankı “Meqa
Sığorta” ASC-nin “Kiber risklərin sığortası” Qaydalarını təsdiq edib və bununla
da şirkət Azərbaycanda Kiber risklərdən sığorta təminatı verməyə icazə almış
ilk sığorta şirkəti olub.