*8778

SİZİN ÜÇÜN FAYDALI

İnzibati Siyasət

1. Ümumi müddəalar

1.1. Bu Siyasət “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 26.1.4-cü maddəsinə əsasən hazırlanmışdır və “Meqa Sığorta” Açıq Səhmdar Cəmiyyətinin (bundan sonra – Cəmiyyət) idarə olunmasının əsas prinsiplərini müəyyən edir.

1.2. Siyasətin məqsədi idarəetmə orqanları və struktur bölmələr arasında səlahiyyətlərin aydın bölgüsünü, qərarların şəffaf qəbulunu və idarəetmə proseslərinə nəzarəti təmin etməklə müştərilərin, səhmdarların və digər maraqlı tərəflərin Cəmiyyətə etimadını gücləndirməkdir.

1.3. Siyasət Cəmiyyətin bütün idarəetmə orqanlarına, struktur bölmələrinə, filial və nümayəndəliklərinə şamil edilir.

1.4. Cəmiyyətin idarəetmə orqanları Səhmdarların Ümumi Yığıncağı, Direktorlar Şurası və İdarə Heyətidir. Direktorlar Şurasının nəzdində Audit Komitəsi, Riskləri İdarəetmə Komitəsi fəaliyyət göstərir.

2. Səlahiyyətlərin bölgüsü

2.1. İdarəetmə orqanlarının səlahiyyətləri qanunvericilik, Nizamnamə, Səhmdarların Ümumi Yığıncağı və Direktorlar Şurası tərəfindən təsdiq edilmiş əsasnamələrlə müəyyən edilir.

2.2. Nəzarət funksiyalarını həyata keçirən struktur bölmələrə nəzarət etdikləri sahələrlə bağlı icra funksiyaları həvalə edilmir.

3. Səlahiyyətlərin həvaləsi və imza hüququ

3.1. İmza hüququ və maliyyə öhdəliklərinin götürülməsi üzrə hədlər Direktorlar Şurası tərəfindən təsdiq edilən daxili qayda ilə müəyyən edilir.

3.2. Səlahiyyətlər yazılı formada təsdiq edilir.  

4. Qərarların qəbulu

4.1. Qərarlar səlahiyyətli orqan tərəfindən, aidiyyəti struktur bölmələrlə razılaşdırılmaqla qəbul edilir.

4.2. Qanunvericiliyə və ya Cəmiyyətin risk profilinə təsir edən qərarlar qəbul edilməzdən əvvəl komplayens və risklərin idarə edilməsi funksiyalarının rəyi alınır.

5. Daxili normativ sənədlər

5.1. Daxili normativ sənədlər bu ardıcıllıqla qəbul edilir: Direktorlar Şurası və İdarə Heyəti tərəfindən təsdiq edilən sənədlər. Subordinasiya baxımından İdarə Heyəti tərəfindən təsdiqlənən sənəd Direktorlar Şurası tərəfindən təsdiqlənən sənədə zidd ola bilməz.

5.2. Daxili normativ sənədlərin vahid reyestri aparılır. Sənədlər qanunvericilikdə dəyişiklik edildikdə nəzərdən keçirilir.

6. Sənəd dövriyyəsi və arxiv

6.1. Sənədlərin qeydiyyatı, dövriyyəsi və saxlanması vahid qaydada həyata keçirilir.

6.2. Sənədlər qanunvericilikdə müəyyən edilmiş müddətlərdə, məxfiliyə riayət edilməklə saxlanılır.

7. Filial və nümayəndəliklər

7.1. Filial və nümayəndəliklər Direktorlar Şurası tərəfindən təsdiq edilmiş əsasnamələr əsasında fəaliyyət göstərir və öz fəaliyyəti barədə baş ofisə hesabat verir.

8. İnzibati xərclər və əmlak

8.1. İnzibati xərclər Direktorlar Şurası tərəfindən təsdiq edilmiş büdcə çərçivəsində ödənilir.

8.2. Cəmiyyətin əmlakı uçota alınır, onun istifadəsi və mühafizəsinə görə məsul şəxslər müəyyən edilir.

9. Yekun müddəalar

9.1. Siyasətin icrasını İdarə Heyəti təmin edir, icraya nəzarəti Direktorlar Şurası həyata keçirir.

9.2. Siyasətə dəyişikliklər Direktorlar Şurası tərəfindən təsdiq edilir.

Online Xidmətlərimizə
Xoş Gəlmisiniz!

ELEKTRON SIĞORTA MÜQAVİLƏSİ

(hüquqi şəxslər VÖEN, digərləri FİN kodu daxil edin)