*8778

SİZİN ÜÇÜN FAYDALI

İnkişaf Siyasəti

Azərbaycan sığorta bazarının əsas iştirakçılarından biri olan “Meqa Sığorta” ASC Azərbaycan sığorta bazarının inkişafına daima öz tövhəsini verməkdədir və şirkətin inkişaf siyasətinin əsas prioriteti məhz sığorta bazarının inkişafına yönəlmişdir.

Qarşıya qoyulmuş məqsədlərə və sığorta bazarının inkişafına nail olmaq yolunda “Meqa Sığorta” ASC öz fəaliyyətini aşağıdakıları əsas götürməklə təmin etməlidir:

  • Fəaliyyətini şəffaflıq, ədalətlilik və dürüstlük prinsipləri əsasında həyata keçirmək;
  • Qanunvericiliklə müəyyən olunmuş tələblərə riayət etmək;
  • Dövlət orqanları qarşısında öz öhdəliklərini yerinə yetirmək və qanunvericilik ilə müəyyən edilmiş qaydada, müddətdə və məbləğdə vergi və digər icbari ödənişləri ödəmək;
  • Çirkli pulların yuyulması, terrorizmin maliyyələşdirilməsi və korrupsiyaya qarşı mübarizə ilə bağlı tədbirləri həyata keçirmək;
  • Etik normaları, biznesin aparılması qaydalarını və şirkətin reputasiyasını qorumaq;
  • Müştərilərə həm əlverişli şərtlərlə, həm də keyfiyyətli sığorta xidmətləri və məhsulları təklif etməklə özünü etibarlı tərəfdaş kimi doğrultmaq;
  • Müştərilərə risklərin idarə olunması və mövcud sığorta təminatının yaxşılaşdırılması ilə əlaqədar tövsiyələr verilməklə müştəri qarşısında konsaltinq tərəfdaş kimi çıxış etmək;
  • Filial və nümayəndəlik şəbəkəsini genişləndirməklə müştərilərə əlçatan sığorta xidmətləri təklif etmək;
  • Müştəri məmnuniyyəti təmin etmək və məmnunluğun ölçülməsi prosesini daima təkmilləşdirmək və mükəmməlləşdirmək;
  • Müştəri məlumatlarının, konfidensiallığın və sığorta sirri hesab edilən məlumatların tam qorunmasını təmin etmək;
  • Şirkətin maliyyə göstəricilərini daima yaxşılaşdırmaq, gəlir və xərclərə nəzarət etmək və vəsaitlərdən səmərəli istifadəni təmin etmək;
  • Müştərilər qarşısında öhdəliklərin tam yerinə yetirilməsi məqsədi ilə kifayət qədər ehtiyat fondu formalaşdırmaq;
  • Şirkətin maliyyə hesabatlarının həm yerli qanunvericiliyə, həm də Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına uyğunluğunu təmin etmək;
  • Peşəkar kollektivin və sağlam iş mühitinin mövcud olmasını təmin etmək;
  • Əməkdaşların karyera inkişafına şərait yaratmaq, onların əmək təhlükəsizliyini təmin etmək, əməkdaşların bilik və bacarıqlarının artırılması məqsədi ilə mütəmadi olaraq təlim və treninqlər təşkil etmək;
  • Keyfiyyətə nəzarət sistemini və şirkət daxili bütün prosesləri daima təkmilləşdirmək və mükəmməlləşdirmək;
  • Fəaliyyətində müasir texnologiyaların və yeniliklərin tətbiq edilməsi üçün daima öz üzərində çalışmaq.

Online Xidmətlərimizə
Xoş Gəlmisiniz!

ELEKTRON SIĞORTA MÜQAVİLƏSİ

(hüquqi şəxslər VÖEN, digərləri FİN kodu daxil edin)