Tikinti və Quraşdırma Sığortası
Tikinti-quraşdırma risklərinin sığortası kompleks sığorta növü olaraq binaların, elektrik stansiyalarının, su və çirkab sularının təmizlənməsi qurğularının, hava limanlarının və s. kimi tikinti layihələrini əhatə edə bilər.
“Meqa Sığorta” ASC tikinti zamanı yarana biləcək riskləri əhatə edən kompleks təminat təklif edir.Bu sığorta növü əmlak, maşın və avadanlıq tikinti sahəsində yerləşən müvəqqəti tikinti və quraşdırma işləri zamanı baş verə biləcək fiziki zərər və ya ziyanın, həmçinin tikinti sahəsində işlərlə əlaqəli üçüncü şəxslər qarşısında mülki məsuliyyətin yaranması zamanı sığorta təminatını özündə birləşdirir.
Əksər hallarda bu sığorta növü aşağıda göstərilən iki bölmədən ibarət olur:
- Bölmə 1: Maddi zərər - Əmlaka dəyən zərərə görə təminat verir.
- Bölmə 2: Üçüncü şəxslər qarşısında məsuliyyət - Sığortalı podratçının üçüncü şəxlərə vurulmuş zərərə görə yarana biləcək hüquqi məsuliyyətini əhatə edir.
Sığorta təminatı istehsalçıların, təchizatçıların, podratçıların və subpodratçıların marağlarını əhatə etmək üçün daha da genişləndirilə bilər. Əlavə olaraq aşağıda qeyd olunanlar da sığorta təminatında daxil oluna bilər:
- Dağıntıların aradan qaldırılması;
- Sığorta məbləğinin bazar dəyərinə uyğun dəyişməsi şərti;
- Hava yolu ilə daşımalar;
- Əlavə gömrük rüsumları;
- Texniki xidmət.