*8778

SİZİN ÜÇÜN FAYDALI

Ətraf Mühit Siyasəti


"Meqa Sığorta" ASC olaraq ekoloji mühafizəyə dair öhdəliklərimizi ciddi şəkildə yerinə yetirməyi qarşımıza məqsəd qoymuşuq. Biz fəaliyyətimizi yerli ekoloji qanunvericiliyə və beynəlxalq standartlara uyğun həyata keçirərək ətraf mühitə və iqlimə olan təsirimizi mütəmadi olaraq qiymətləndiririk. Ətraf mühitin qorunmasına, ekoloji risklərin idarə olunmasına sistemli yanaşma tətbiq edir və bu istiqamətdə aşağıdakı öhdəlikləri qəbul edirik:

İşçilərin ekoloji maarifləndirilməsi

  • Ətraf mühitin qorunması ilə bağlı korporativ sosial məsuliyyət layihələrində fəal işirak etmək;
  • İşçilərin ekoloji məsuliyyətlərini daha yaxşı anlaması üçün müvafiq təlim və maarifləndirmə proqramları həyata keçirmək;
  • Hər bir əməkdaşın ətraf mühitin mühafizəsi ilə bağlı qüvvədə olan qanun və tələblərə riayət etməsinə nəzarət etmək;
  • Əməkdaşlarımızı ətraf mühitə minimal təsirlə fəaliyyət göstərmələri üçün zəruri məlumat və resurslarla təmin etmək.


Sıfır tullantı hədəfi

  • Tullantıların toplanması, daşınması, emalı və utilizasiyası mövcud qanunvericiliyə tam uyğun şəkildə həyata keçirmək;
  • Nəqliyyat vasitələrinin ətraf mühitə təsirini azaltmaq üçün ekoloji həllər tətbiq etmək.


Təmiz və nizamlı iş mühiti

  • Şirkətimizin bütün ərazilərini təmiz və ekoloji standartlara uyğun saxlamaq;
  • Tullantıların düzgün idarə edilməsi və utilizasiyasını təmin etmək.


Enerji səmərəliliyi və resurslardan məsuliyyətli istifadə

  • Elektrik enerjisi, su, kağız və digər təbii resurslardan optimal şəkildə istifadə etmək üçün təkmilləşmə məqsədləri təyin etmək.

 


İctimaiyyətlə əlaqə və şəffaflıq

  • Ekoloji fəaliyyətlərimiz haqqında məlumatları rəsmi kommunikasiya kanalları vasitəsilə əməkdaşlarımıza, müştərilərimizə və fəaliyyətimizdə maraqlı olan bütün tərəflərə mütəmadi olaraq çatdırmaq;
  • İctimaiyyət qarşısında hesabatlılığı təmin edərək həyata keçirilən ekoloji tədbirlər barədə açıq və şəffaf məlumat təqdim etmək.

Bizim iş yerlərimiz və ofislərimiz sosial qarşılıqlı əlaqə, rahatlıq, gigiyena, istilik, rütubət və işıqlandırma standartlarını nəzərə alaraq planlaşdırılır.

Ətraf mühitin qorunmasına dair fəaliyyətlərimiz mütəmadi olaraq daxili və xarici auditlər zamanı qiymətləndirilir və şirkətimizin strateji məqsədləri çərçivəsində davamlı təkmilləşdirmə işləri aparılır.

Bu siyasət "Meqa Sığorta" ASC-nin ekoloji təsirini müsbət yöndə artırmağı hədəfləyir və bütün əməkdaşlarda ekoloji məsuliyyət şüurunun formalaşdırılmasına istiqamətlənmişdir.

Online Xidmətlərimizə
Xoş Gəlmisiniz!

ELEKTRON SIĞORTA MÜQAVİLƏSİ

(hüquqi şəxslər VÖEN, digərləri FİN kodu daxil edin)