*8778

SİZİN ÜÇÜN FAYDALI

COVID - 19

Koronavirus (COVİD-19) pandemiyası ilə bağlı Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 19 mart tarixli 1950 nömrəli Sərəncamının 10.2-ci bəndinin icrası ilə bağlı Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş “Tədbirlər Planı”nın icrası çərçivəsində  Azərbaycan Mərkəzi Bankının 23 aprel 2020-ci il tarixli 16 saylı qərarı ilə təsdiq edilmiş “Sığorta xidmətlərinin fasiləsizliyinin təmin edilməsi və sığorta olunanların hüquqlarının qorunması ilə bağlı” təklif etdiyi əlavə dəstəkləyici tədbirlərin həyata keçirilməsi ilə əlaqədar olaraq “Meqa Sığorta” ASC aşağıdakıları diqqətinizə çatdırır:

 

 

1.    Xüsusi karantin rejimi dövründə zərərlərin tənzimlənməsi ilə bağlı sığortalıların, sığorta olunanların və zərər çəkən üçüncü şəxslərin müraciətlərinin elektron poçt vasitəsilə və elektron formada qəbul edilməsi

 

1.1.        Sığorta iddialarının tənzimlənməsi məqsədilə  sığortalı, sığorta olunan və ya zərər çəkən üçüncü şəxslər sığorta ödənişinin həyata keçirilməsi üçün  müvafiq  sənədləri, hadisə yerinin və zədələnmiş əmlakın foto və video görüntülərini, həmçinin ödəniş veriləcək əmlaka dəymiş zərərə dair qüsur aktını aşağıda qeyd olunmuş elektron vasitələrdən istifadə etməklə cəmiyyətimizə təqdim edə bilər:   

1.2.        Claims@meqasigorta.az  elektron poçt ünvanı;

1.3.        Whats App” proqramına bağlı olan +994 55-450-06-06 mobil telefon nömrəsi.

                Tənzimlənmə prosesi -  Cəmiyyətin növbətçi qəza eksperti hadisə haqqında qaynar xətt nömrəsi vasitəsi ilə məlumat aldıqda hadisə yerinə çıxış edir və vəzifə təlimatına uyğun olan müvafiq tədbirləri həyata keçirir. Qəza eksperti sığortalıya, sığorta olunana və ya zərər çəkən üçüncü şəxsə xüsusi karantin rejimində zərərin tənzimlənməsi üçün yuxarıda qeyd olunmuş məlumatları özündə əks etdirən bildirişi verir, həmçinin daha ətraflı məlumatın Cəmiyyətin rəsmi internet saytında, ana səhifədə “COVİD-19” adlı bölmənin mövcud olduğu barədə məlumat verir, tənzimlənmənin bu formada həyata keçirilməsi səbəblərini və məqsədlərini sığortalıya, sığorta olunana və ya zərər çəkən üçüncü şəxsə izah edir.

Tənzimlənmənin növbəti mərhələləri xüsusi karantin rejimini nəzərə alınaraq  elektron vasitələrdən maksimum dərəcədə effektiv istifadə etməklə İddiaların Tənzimlənməsi şöbəsinin daxili proseduruna uyğun olaraq müvafiq əməkdaşlar tərəfindən həyata keçiriləcəkdir.


2.    Könüllü sığorta müqavilələri üzrə xüsusi karantin rejimindən birbaşa təsirlənən sığortalılara sığorta haqlarının ödənilməsində 30 Sentyabr 2020-ci il tarixinə kimi möhlətin verilməsi

Xüsusi karantin rejiminin birbaşa təsir etdiyi sığortalılarımız Cəmiyyətimizlə bağladıqları könüllü sığorta müqavilələri üzrə ödəniş vaxtı çatmış sığorta haqlarının ödənilməsində çətinlik çəkərlərsə, sığorta haqlarının ödənilməsi ilə bağlı möhlətin  verilməsi üçün [email protected] elektron poçt ünvanımız vasitəsilə Cəmiyyətə müraciət ünvanlayırlar.

Bu müraciətlərə  Cəmiyyət  tərəfindən baxılır, ətraflı araşdırılır, əgər sığortalımızın xüsüsi karantin rejimindən birbaşa təsirlənən sahədə fəaliyyət göstərməsi öz təsdiqini taparsa, ona 30 sentyabr 2020-ci il tarixədək möhlət verilməsi barədə qərar qəbul olunur.  

 

3.    Sığorta müqavilәlәrinin elektron formada bağlanmasının tәmin edilmәsi

Sığorta müqavilələrinin elektron formada bağlanılması üçün saytımızda hər bir sığorta növü üzrə xüsusi imkanlar yaradılmışdır.

Səyahət sığortası və Avtonəqliyyat Vasitələrinin Mülki Məsuliyyətinin İcbari sığortası (AVSMMİS) növləri üzrə müvafiq olaraq aşağıdakı linklərə keçid etməklə elektron sığorta müqavilələrinin alınması prosesi tam yekunlaşdırıla bilər:

AVSMMİS:  https://meqasigorta.az/m/4/form/icbari-negliyyat-sigortasi

Səyahət sığortası:  https://meqasigorta.az/m/15/form/seyahet-sigortasi

Digər bütün sığorta növləri üzrə ofisimizə yaxınlaşmadan Cəmiyyətin internet saytı vasitəsilə onlayn müraciət ünvanlayaraq sığorta müqaviləsinin bağlanılması üçün müraciət etmək mümkündür. Bununla bağlı müştərilərimizin seçdiyi sığorta növü üzrə müvafiq sığorta qaydaları və şərtləri ilə tanış olub razılığını elektron qaydada əldə etdikdən sonra sığorta müqaviləsi elektron qaydada müraciət edən şəxsə göndərilir.

Sığorta haqlarının ödənilməsi saytımızın onlayn ödəniş bölməsindən və ya ödəniş terminallarından istifadə etməklə həyata keçirilir.

 

4.     Xüsusi karantin müddətində Cəmiyyətin iş rejimi: 09:00 – 18:00.

Zərərlərin tənzimlənməsi ilə bağlı müvafiq prosedur yuxarıda qeyd edilmişdir.

 

5.    Sığortalıların, sığorta olunanların və zərər çəkən üçüncü şəxslərin hüquqlarının qorunması mәqsәdi ilә qaynar xәttimizin fasilәsiz işlәk olması, habelә qeyd olunan şəxslərin video zәnglәr vasitәsilә qәbulunun tәmin edilmәsi

 

 

Cəmiyyətimizin qaynar xətt nömrəsi (012 565-32-32) fasiləsiz olaraq fəaliyyət göstərir. 24 saat ərzində istənilən vaxt qeyd olunmuş nömrəyə əməkdaşlarımız tərəfindən müştərilərimiz hüquqlarının pozulduğunu hesab edərlərsə, zəng vura bilərlər. Həmçinin qeyd olunan şəxslər video zənglər vasitəsilə qəbula yazılmaq üçün [email protected] elektron poçt ünvanına müraciət edərək qeydiyyatdan keçə bilər.

 

Online Xidmətlərimizə
Xoş Gəlmisiniz!

ELEKTRON SIĞORTA MÜQAVİLƏSİ

(hüquqi şəxslər VÖEN, digərləri FİN kodu daxil edin)