Kiber risklərin sığortası
Qeyd: Azərbaycan sığorta bazarında unikal olan və yalnız “Meqa
Sığorta” ASC-də əldə edilə bilən kiber sığorta məhsulu haqqında daha ətraflı məlumat
almaq üçün bizim mütəxəssislərimiz ilə əlaqə saxlaya bilərsiniz.
Kiber risklərdən sığorta kimi adlandırılan kiber hücumdan sığorta sığortalının aşağıda qeyd olunan hadisələr nəticəsində kiber təhlükəsizlik və məlumatın qorunub-saxlanılması ilə bağlı maliyyə öhdəliklərini və itkilərini qoruyan sığorta növüdür:
- kiberhücumlar;
- məlumatın pozulması öhdəliyi;
- qanunvericiliyin pozulması;
- kiber oğurluq
Kiber risklərdən sığorta nəyi təmin
edir?
Kiber risklərdən sığorta əsasən iki təminatı
özündə birləşdirir:
1. Kiber risklər və məxfiliyin qorunmamasına görə sığortalının birbaşa itkiləri.
Burada kiber hadisənin araşdırılması və nəticələrinin aradan qaldırılması ilə bağlı xərclər, həmçinin kiber hadisə nəticəsində sığortalı təşkilatın biznes fəaliyyətinə maliyyə təsiri sığorta təminatına alınır.
Kiber risklər və məxfiliyin qorunmamasına görə sığortalının birbaşa itkilərinə aşağıda qeyd olunanlar daxildi:
· məxfiliyin pozulması haqqında bildiriş və hadisə təsirin azaldılmasına görə xərclər;
· sistem və məlumatın bərpa edilməsinə görə xərclər;
· biznes fəaliyyətinin dayanması;
· qəsbetməyə görə xərclər;
· kiber oğurluq;
2. Kiber risklər və məxfiliyin qorunmamasına görə sığortalının məsuliyyəti.
Burada kiber hadisə nəticəsində üçüncü şəxslərə dəymiş ziyan ilə bağlı sığortalı təşkilata qaldırılmış iddialar təminata alınır.
Kiber risklər və məxfiliyin qorunmamasına görə sığortalının məsuliyyəti təminatına aşağıda qeyd olunanlar daxildi:
· Şəbəkə təhlükəsizliyi hadisəsi nəticəsində yaranan məsuliyyət;
· Elektron məlumatların pozulması hadisəsi nəticəsində yaranan məsuliyyət.
· Elektron media hadisəsi.