*8778

SİZİN ÜÇÜN FAYDALI

İcbari Nəqliyyat Sığortası

Azərbaycan Respublikasında İcbrai Sığorta növləri üzrə fəaliyyət göstərmək üçün  sığorta şirkətləri İcbari Sığorta Bürosunun iştirakçı sığortaçıların reyestrinə daxil edilməlidir. "Meqa Sığorta" ASC 28 Mart 2012-ci il tarixdə İcbari Sığorta Bürosunun iştirakçı sığortaçıların reyestrinə daxil edilmişdir. 
  • İcbari Nəqliyyat sığortası avtonəqliyyat vasitələrinin Azərbaycan Respublikasının ərazisində istifadəsi nəticəsində fiziki şəxslərin sağlamlığına, həmçinin fiziki və hüquqi şəxslərin əmlakına vurduğu zərərlərin əvəzinin ödənilməsi məqsədi ilə tətbiq edilir.
  • 18 Oktyabr 2011-ci il tarixdə qüvvəyə minmiş “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununa əsasən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətlərini sığorta etdirməsi icbari qaydada tələb olunur. 


Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası məbləğlər
    • Bir fiziki şəxsin sağlamlığına dəyən zərər üzrə - 5 000 (beş min) AZN

    • Ümumi olaraq sağlamlığa dəyən zərər üzrə - 50 000 (əlli min) AZN 
    • Üçüncü şəxslərin əmlakına dəyən zərər üzrə - 5 000 (beş min) AZN 
    • Bir hadisə üzrə - 55 000 (əlli beş min) AZN

Online Xidmətlərimizə
Xoş Gəlmisiniz!

ELEKTRON SIĞORTA MÜQAVİLƏSİ

(hüquqi şəxslər VÖEN, digərləri FİN kodu daxil edin)