*8778

SİZİN ÜÇÜN FAYDALI

Sətəm Siyasəti

Bu Sağlamlıq, Əməyin Təhlükəsizliyi və Ətraf Mühit (SƏTƏM) siyasəti “Meqa Sığorta” ASC-nin bütün fəaliyyətlərini əhatə edir. Biz, Azərbaycan qanunvericiliyinə və şirkət üzrə qəbul olunmuş daxili qaydalara tam riayət etməklə, işçilərimiz üçün təhlükəsiz və sağlam iş şəraitinin təmin edilməsi və hər hansı bir işçinin və ya digər müvafiq maraqlı tərəfin xoşagəlməz və bədbəxt hadisələr və xəsarətlər nəticəsində səhhətinin pozulmasının qarşısının alınması prinsiplərinə sadiqik.

Biz həmçinin ətraf mühitin mühafizəsi və ətraf mühitin çirklənməsinin qarşısının alınması üçün müvafiq tədbirlər görməyi hədəfləyir və bunun davamlı həyata keçirilməsi üçün aşağıdakı fəaliyyət istiqamətlərində çalışırıq:

  • Məqsəd və Hədəflərin Müəyyənləşdirilməsi: Sağlamlıq, əməyin mühafizəsi və ətraf mühit göstəricilərində davamlı təkmilləşdirməyə təkan vermək üçün xüsusi məqsəd və hədəflərin müəyyən edilməsi.
  • SƏTƏM Prinsiplərinin İnteqrasiyası: SƏTƏM prinsiplərinin şirkətin qərarlarına və əməliyyatlarına daxil edilməsi.
  • Qabaqlayıcı Tədbirlər: İş proseslərində və təcrübələrimizdə qabaqlayıcı tədbirlərin tətbiq edilməsi.
  • Təlim və Məlumatlandırma: İş yerlərində SƏTƏM tələblərinin yerinə yetirilməsini təmin etmək üçün işçilərə və digər müvafiq maraqlı tərəflərə məlumat və lazımi təlimlərin verilməsi.
  • Ətraf Mühitə Təsirin Azaldılması: Tullantıların istehsalının optimallaşdırılması, təbii ehtiyatların qorunması, mühafizə və təkrar emalın təşviqi vasitəsi ilə ətraf mühitə təsirin azaldılması.
  • Optimal Resurs İstifadəsi: Sağlamlıq, əməyin mühafizəsi və ətraf mühit risklərini aradan qaldıran və ya minimuma endirən resurslardan optimal istifadə etmək yolu ilə, müvafiq avadanlıq, ofis və iş şəraitinin saxlanılması.
  • Resursların Ayrılması: Bu siyasəti həyata keçirmək üçün müvafiq resursları təqdim etmək.


Bu Siyasət, “Meqa Sığorta” ASC-nin SƏTƏM üzrə öhdəliklərini və məqsədlərini əks etdirir və işimizdə təhlükəsizlik, sağlamlıq və ətraf mühitin qorunmasını təmin etməyə yönəlmişdir.

Online Xidmətlərimizə
Xoş Gəlmisiniz!

ELEKTRON SIĞORTA MÜQAVİLƏSİ

(hüquqi şəxslər VÖEN, digərləri FİN kodu daxil edin)