Keyfiyyət Siyasəti
"Meqa Sığorta" Açıq Səhmdar Cəmiyyəti,
peşəkar yanaşma, yüksək etibarlılıq, xidmətlərin keyfiyyəti, fərdi və
korporativ müştərilərə təklif olunan geniş çeşidli sığorta məhsulları və müştəri
məmnunluğunun qorunması üzrə Azərbaycan
sığorta bazarının liderlərindən biridir.
Biz ən yüksək etik standartlar əsasında çalışırıq və
bu səbəbdən müştərilərimiz, işgüzar tərəfdaşlarımız və bütün maraqlı tərəflərimiz
beynəlxalq səviyyədə tanınan keyfiyyətli sığorta və təkrarsığorta xidmətlərimizdən əmin ola bilərlər.
Fəaliyyətimizin şəffaflığını, yüksək maliyyə
sabitliyini, sürətli inkişafı təmin etməyə yönəlmiş strategiyamızı həyata keçirmək məqsədi ilə "Meqa
Sığorta" ASC hər il Beynəlxalq Maliyyə Hesabatı Standartlarına uyğun
olaraq dünyanın aparıcı auditor şirkətləri tərəfindən audit olunur və həmçinin
“SGS” şirkəti tərəfindən təsdiqlənmiş ISO 9001:2015 beynəlxalq standartına
uyğun olaraq Keyfiyyət İdarəetmə Sistemini tətbiq edir.
Ölkədə iqtisadi artım tempini, əhali arasında
sığorta mədəniyyətinin inkişafını və sığorta bazarında mövcud olan rəqabəti nəzərə
alaraq, sahib olduğumuz kadr və texniki
potensialın gücləndirilməsi və təklif etdiyimiz geniş sığorta xidmətlərinin
keyfiyyətinin yüksəldilməsi üzərində daima işləyirik.
"Meqa Sığorta" ASC-nin rəhbərliyi Keyfiyyət Siyasətini bəyan edir və Siyasətin hər bir bəndinə, xüsusilə də aşağıda qeyd olunan müddəalara riayət olunması üçün lazımi resurslarla təmin edir:
- Keyfiyyət Menecment Sisteminin tələblərinə mütləq surətdə cavab verən xidmət səviyyəsinin yüksəldilməsinə, iş proseslərinin optimallaşdırılmasına, avtomatlaşdırılmasına, müştəri məmnunluğunun artırılmasına və bununla da sığorta bazarında “Meqa Sığorta” ASC-yə olan inam və etibarın, eləcə də Cəmiyyətin biznes nüfuzunun daha da möhkəmlənməsinə nail olmaq;
- Azərbaycan Respublikasının qanunvericilik aktlarında və İSO 9001 Keyfiyyət İdarəetmə Standartında qeyd olunan bütün tələbləri yerinə yetirmək;
- Əhalinin sığorta maraqlarından irəli gələn gözləntilərinin və bundan qaynaqlanan sosial-iqtisadi vəziyyətinin müdafiəsinə təminat vermək;
- Keyfiyyət Menecment Sisteminin daimi təkmilləşməsini təmin etmək üçün işçi heyətini davamlı olaraq maarifləndirmək, peşəkarlığını artırmaq istiqamətində bütün vasitə və imkanlardan istifadə etmək.
Vahid Keyfiyyət Siyasətinin yürüdülməsi üçün Cəmiyyətin işçiləri Keyfiyyət Menecment Sisteminin bütün proseslərinin və yeniliklərinin tətbiq olunmasını maraqla dəstəkləyir.