İcbari Əmlak Sığortası
Azərbaycan Respublikasında İcbari Sığorta növləri üzrə fəaliyyət göstərmək üçün sığorta şirkətləri İcbari Sığorta Bürosunun iştirakçı sığortaçıların reyestrinə daxil edilməlidir. "Meqa Sığorta" ASC 28 Mart 2012-ci il tarixdə İcbari Sığorta Bürosunun iştirakçı sığortaçıların reyestrinə daxil edilmişdir
İcbari Əmlak Sığortası nə üçün lazımdır ?- Daşınmaz əmlakın icbari sığortası daşınmaz əmlakın yanğın və ya digər hadisələr nəticəsində zədələnməsi, məhv olması, yaxud hər hansı formada itkisi ilə bağlı dəyən zərərin əvəzinin ödənilməsi məqsədi ilə tətbiq edilir.
- Daşınmaz əmlakın icbari sığortası ilə yanğın, qaz partlayışı, qısaqapanma, subasma, təbii fəlakətlər, üçüncü şəxslərin qanuna zidd hərəkətləri və digər hadisələrə təminat verir.
Qeyd:
18 Oktyabr 2011-ci il tarixində qüvvəyə minmiş “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun 35.2–ci maddəsinə hüquqi və fiziki şəxslərə məxsus tikililərin, yaşayış və qeyri-yaşayış sahələrinin, yaşayış evləri və binalarının, mənzillərin, habelə dövlət əmlakının sığortası icbaridir.
Yaşayış evləri və mənzillərin icbari sığortası üzrə sığorta məbələğləri və sığorta haqları:
Bakı şəhərində yerləşən daşınmaz əmlak üzrə sığorta məbləği 25.000,00 AZN | Sığorta haqqı 50,00 AZN | |
Gəncə, Sumqayıt və Naxçıvan şəhərlərində yerləşən daşınmaz əmlak üzrə sığorta məbləği 20.000,00 AZN | Sığorta haqqı 40,00 AZN | |
Digər yaşayış məntəqələrində
yerləşən daşınmaz əmlak üzrə sığorta məbləği 15.000,00 AZN | Sığorta haqqı 30,00 AZN | |