*8778

SİZİN ÜÇÜN FAYDALI

İcbari Nəqliyyat Sığortası

Azərbaycan Respublikasında İcbrai Sığorta növləri üzrə fəaliyyət göstərmək üçün  sığorta şirkətləri İcbari Sığorta Bürosunun iştirakçı sığortaçıların reyestrinə daxil edilməlidir. "Meqa Sığorta" ASC 28 Mart 2012-ci il tarixdə İcbari Sığorta Bürosunun iştirakçı sığortaçıların reyestrinə daxil edilmişdir.
  • İcbari Nəqliyyat sığortası nə üçün lazımdır ?
    • İcbari nəqliyyat sığortası avtomobil qəzalarında yaranacaq mübahisələrin həllində və qarşı tərəfə dəymiş zərərin kompensasyiya edilməsində Sizə yardım edir. 
    • İcbari Nəqliyyat sığortası avtonəqliyyat vasitələrinin Azərbaycan Respublikasının ərazisində istifadəsi nəticəsində fiziki şəxslərin sağlamlığına, həmçinin fiziki və hüquqi şəxslərin əmlakına vurulmuş zərərlərin əvəzinin ödənilməsi məqsədi ilə tətbiq edilir. 
    • 18 Oktyabr 2011-ci il tarixdə qüvvəyə minmiş “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununa əsasən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətlərini sığorta etdirməsi icbari qaydada tələb olunur. 
    • İcbari avtonəqliyyat sığortası olmadan avtobilinizi idarə etdikdə Siz inzibati xəta törətmiş hesab olunur və qanunvericiliyin tələbini pozduğunuz üçün İnzibati Xətalar Məcəlləsinə əsasən cərimələnə bilərsiniz.

       İnzibati Xətalar Məcəlləsi Maddə 469. İcbari sığorta müqaviləsinin bağlanmaması 469.3. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanunu ilə mülki məsuliyyəti icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş avtonəqliyyat vasitəsi sahibləri tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmamasına görə fiziki şəxslər əlli manat məbləğində, vəzifəli şəxslər yüz manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir.

Qeyd:



1. Şəxs bu maddədə nəzərdə tutulmuş icbari sığorta müqaviləsinin bağlanmamasına görə inzibati məsuliyyətə cəlb olunduqda, 20 gün ərzində icbari sığorta müqaviləsini bağlamalıdır. Bu müddətdə şəxs həmin əməlin törədilməsinə görə təkrarən inzibati məsuliyyətə cəlb olunmur.

2. Bu Məcəllənin 469.3-cü maddəsində nəzərdə tutulmuş xəta foto və ya videoqeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, bu “Qeyd”in 1-ci bəndində göstərilən müddət həmin xətanın aşkarlandığı gündən hesablanır”.


  • Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası məbləğlər

    • Bir fiziki şəxsin sağlamlığına dəyən zərər üzrə - 5 000 (beş min) AZN

    • Ümumi olaraq sağlamlığa dəyən zərər üzrə - 50 000 (əlli min) AZN 
    • Üçüncü şəxslərin əmlakına dəyən zərər üzrə - 5 000 (beş min) AZN 
    • Bir hadisə üzrə - 55 000 (əlli beş min) AZN



Online Xidmətlərimizə
Xoş Gəlmisiniz!

ELEKTRON SIĞORTA MÜQAVİLƏSİ

(hüquqi şəxslər VÖEN, digərləri FİN kodu daxil edin)