Dövlətin sosial siyasəti baxımından əhəmiyyətli hesab edilən sahələrdə insanlara dəyə biləcək maddi və fiziki zərərlərlə bağlı maliyyə risklərinin azaldılması məqsədilə müəyyən risklərin sığorta etdirilməsinin qanunla tələb olunduğu, əsas qayda və şərtlərinin qanunvericiliklə müəyyən edildiyi sığorta.
Terminologiya
İCBARİ SIĞORTA
İKİLİ (ÇOXQAT) SIĞORTA
Əmlakın eyni risklərdən iki və ya daha çox sığortaçıda sığorta müqavilələri bağlandığı andakı həqiqi dəyərindən, yəni sığorta dəyərindən artıq məbləğdə sığortalanması.
İNZİBATİ XƏRCLƏR
Zərərlərin tənzimlənməsinə çəkilən xərclər, əldəetmə xərcləri və investisiya xərcləri istisna olmaqla, sığorta əməliyyatlarının idarə olunmasına və istiqamətləndirilməsinə sərf olunan xərclər.
İPOTEKA SIĞORTASI
İpoteka qoyanın (borclunun) ipoteka saxlayan (kreditor) qarşısındakı ipoteka müqaviləsində nəzərdə tutulan borc öhdəliklərini tam və ya qismən yerinə yetirə bilməməsi halında sığorta ödənişinin həyata keçirilməsini nəzərdə tutan sığorta.