Müvafiq lisenziyası olan və sığortaçıya sığorta müqaviləsinin bağlanması, yenilənməsi və ya davam etdirilməsi üçün vasitəçilik xidməti göstərən şəxs.
Terminologiya
AGENT (SIĞORTA AGENTİ)
AKTUARİ
Sığorta müqavilələri ilə əlaqəli statistik maliyyə göstəriciləri əsasında iqtisadi-riyazi metodlarla sığorta tariflərini və sığorta ehtiyatlarını hesablayan riyaziyyatçı.
ANDERAYTİNQ
Sığorta müqaviləsinin bağlanması, sığorta tarifi və sığorta haqqı barədə qərarlar qəbul etmək üçün sığortalının səhhəti, maliyyə imkanları, sığortalanan əmlakın vəziyyəti və digər bu kimi amillərin – sığorta risklərinin qiymətləndirilməsi üzrə sığortaçının (onun mütəxəssisinin və ya nümayəndəsinin) istifadə etdiyi üsul və metodların, habelə hərəkətlərinin məcmusu.
ANNUİTET
Sığorta hadisəsi baş verdikdə sığortaçının sığorta olunan və ya faydalanan şəxsə sığorta müqaviləsində nəzərdə tutulmuş müvafiq dövriliklə ödəməli olduğu məbləğ.
AZADOLMA MƏBLƏĞİ
Sığorta hadisəsi nəticəsində yaranan itkilərin və ya dəyən zərərin sığorta təminatı ilə əhatə olunmayan və sığortalının üzərində qalan hissəsi.