2023-cü ilin iyul ayından etibarən Meqa Sığorta Qrupunun daxili resursları hesabına yaradılmış və sığorta sahəsində bilik və bacarıqların artırılmasına, eləcə də kadrların peşəkar inkişafına hədəflənmiş Təlim Mərkəzi fəaliyyətə başlamışdır.
“Meqa Təlim
Mərkəzi” adı ilə fəaliyyət göstərəcək Mərkəzin əsas məqsədi sığorta sahəsində
professionallığın artırılmasına, kadrların şəxsi və peşəkar inkişafına,
komandanın qoyulan hədəflərə daha tez və effektiv çatmasına xidmət
göstərməkdir. Təcrübə səviyyəsindən asılı olmayaraq, hər bir əməkdaş peşəkar
bacarıqlarını inkişaf etdirmək üçün müvafiq təlim proqramlarında iştirak edə
biləcək.
Təlim Mərkəzi əməkdaşlar arasında debat və fikir mübadiləsinin keçirilməsinə böyük önəm verəcək. Dialoq və fikir mübadiləsi hər bir işçinin peşəkar inkişafına təsir edən və onun şirkətə qatqısını artıran əsas amillərdən biridir. Mürəkkəb prosesləri komanda olaraq birlikdə müzakirə etmək, yeni və innovativ həllər təklif etmək üçün Təlim Mərkəzində sərbəst bir mühit yaradılacaq.
Təlim
Mərkəzi həmçinin sığorta sahəsində özünə yeni peşə qazanmaq istəyənlər üçün də
açıq olacaq və bu sahədə bilik və təcrübəyə sahib olmaq üçün mərkəzə
müraciət edən şəxslərə də xidmət göstərəcək.