Ölkənin
sığorta
bazarının liderlərindən biri olan Meqa Sığorta kollektivi Türkiyənin cənub-şərqində
baş verən güclü zəlzələlərin nəticələrindən zərər çəkmiş şəxslərə dəstək məqsədilə maliyyə yardımı göndərib.
Meqa
Sığorta Türkiyədə baş verən güclü zəlzələ nəticəsində çoxsaylı insan tələfatı və
dağıntılarla əlaqədar olduqca kədərləndiklərini bildirirlər və hərkəsi qardaş
Türkiyənin bu çətin günlərində yanında olmağa səsləyirlər. Şirkət Türkiyənin cənub-şərqində
baş verən güclü zəlzələlər nəticəsində həyatını itirənlərə rəhmət, yaxınlarına
səbir, yaralılara isə şəfa diləyir!
10 February 2023