Zaman
keçdikcə səyahət sığortası ilə bağlı insanların gözləntiləri dəyişir. Xəyallarınızda
olan səfərləri reallaşdırmaq üçün Meqa Sığorta Şirkəti hər zaman gözləntilərinizə
uyğun addımlayır. Gözlənilmədən baş verən bütün hadisələri operativ şəkildə tənzimləyən
və hər zaman müştərilərin ehtiyac olduğu sığorta məhsullarını təqdim edən Meqa
Sığorta gərgin keçən pandemiya dövründə hər
zaman müştərilərin yanında oldu.
Qlobal
pandemiyaya çevrilmiş təhlükəli xəstəliklərdən qorunmaq məqsədilə, “Meqa
Sığorta” ASC səfər etməyi planlaşdıranlar üçün səyahət sığortası müqavilələri üzrə
təminat şərtlərini yenilədi. Artıq Meqa Sığorta müştərilərə təqdim etdiyi səyahət
sığortasına Covid-19 təminatını əlavə etdi.
Belə ki, “Meqa
Sığorta” ASC səyahət sığortasını əldə edən müştərilərə səfər zamanı Covid-19
virusuna yoluxma halında yaranan tibbi xərcləri qarşılayacaq maddi təminatdan
yararlanmaq imkanı təqdim edir.
Xatırladaq
ki, “Meqa Sığorta” ASC səyahət sığortası ilə yanaşı korporativ və fərdi müştərisinə
31 növ könüllü və 3 icbari sığorta üzrə xidmət göstərir. Hər müştəriyə peşəkar
yanaşmaqla yanaşı, göstərilən xidmətlərin keyfiyyəti, müştərilərə təklif olunan
geniş çeşidli sığorta məhsulları, bununla belə, qabaqcıl beynəlxalq idarəetmə
sistemlərinin tətbiqi nəticəsində Şirkət Azərbaycan sığorta bazarının liderlərindən
biri olub qalmaqdadır.