Bu
gün fəaliyyətinin 10 illiyi tamam olan “Meqa Sığorta” ASC işğal olunmuş torpaqlarımızın azadlığı uğrunda döyüşən orduya dəstək məqsədilə Silahlı Qüvvələrə Yardım Fonduna 50
000 manat vəsait köçürüb.
Biz
Ordumuzun gücünə tam inanırıq və əminik ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi
ilə bütün işğal altında olan torpaqlarımız düşmən tapdağından azad olunacaq və
tezliklə ölkəmizin ərazi bütövlüyü bərpa ediləcək. Qələbə bizimlədir! Biz
birlikdə güclüyük!