Hər zaman öz müştərilərinin rahatlığını düşünən və müasir texnologiyaların tətbiqinə diqqət göstərən “Meqa Sığorta” ASC bu dəfə də müştərilərini sevindirdi. Belə ki, müştərilərin vaxtlarına qənaət etmək, onların ofisə gəlmədən sığortasını onlayn şəkildə əldə olunmasını bir neçə saniyə ərzində əlçatan etmək və eyni zamanda yüksək keyfiyyət xidmətlərini göstərmək məqsədilə “Meqa Sığorta” ASC “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” və “Səyahət sığortası” məhsullarının onlayn satışına başlayıb. Artıq istənilən şəxs www.meqasigorta.az saytında “Avtomobil sığortası” panelinə daxil olaraq “Onlayn əldə et” xanasını seçməklə sığortanı tez bir zamanda əldə edə bilər.
Qeyd edək ki, sözügedən məhsulların satışı artıq aktiv şəkildə müştərilər tərəfindən əldə olunur. Əlavə etmək lazımdır ki, “Meqa Sığorta” ASC şirkətindən onlayn şəkildə sığortanı əldə edən müştərilər yaxın gələcəkdə əlavə xüsusi imkanlardan da yararlana biləcəklər.
Xatırladaq ki, “Meqa Sığorta” ASC 2010-cu ilin oktyabr ayından fəaliyyət göstərir. Hər il Beynəlxalq Maliyyə Hesabatı Standartlarına (MHBS) uyğun olaraq audit olunan və eyni zamanda SGS şirkəti tərəfindən təsdiqlənmiş ISO 9001 2015 beynəlxalq standartına uyğun olaraq Keyfiyyət İdarəetmə Sistemini tətbiq edən “Meqa Sığorta” ASC korporativ və fərdi müştərisinə 30 növ könüllü və 3 icbari sığorta üzrə xidmət göstərir. Hər müştəriyə peşəkar yanaşmaqla yanaşı, göstərilən xidmətlərin keyfiyyəti, müştərilərə təklif olunan geniş çeşidli sığorta məhsulları, bununla belə, qabaqcıl beynəlxalq idarəetmə sistemlərinin tətbiqi nəticəsində Şirkət Azərbaycan sığorta bazarının liderlərindən biri olub qalmaqdadır.