“Meqa Sığorta” ASC ilə Bakı Dövlət Universitetinin uğurlu əməkdaşlığı davam etdirməkdədir.
“Meqa Sığorta” ASC və Bakı Dövlət Universitetinin birgə əməkdaşlığı çərçivəsində “Sığorta ilə dayanıqlı gələcək” adlı təlimə müxtəlif ixtisaslarda təhsil alan bir çox tələbələr qatılmışdılar. 2 gün davam edən təlimdə Bakı Dövlət Universitetinin tələbələri sığorta sahəsinin ümumi biliklərini əldə etmiş, eyni zamanda müxtəlif sığorta növləri haqqında ətraflı məlumatlara sahib olmuşdular. Həmçinin proqram çərçivəsində tələbələr praktiki bilikləri qazanmaq üçün “Meqa Sığorta“ ASC-nin baş ofisində qonaq oldular. Tələbələrin böyük maraqla qatıldığı bu təlimin sonunda isə iştirakçılara “Meqa Sığorta“ ASC tərəfindən sertifikatlar təqdim olunmuşdur.
28 October 2025



