“Meqa
Sığorta” ASC sığorta xidmətlərinin əlçatanlığını artırmaq və müştərilərinə
innovativ rəqəmsal həllər təqdim etmək istiqamətində addımlarını davam etdirir.
Bu məqsədlə şirkət müştəri təcrübəsini daha da təkmilləşdirəcək yeni mobil tətbiqini istifadəyə verib.
Yeni
mobil tətbiq vasitəsi ilə istifadəçilər sığorta məhsullarını onlayn əldə edib
sığorta haqqını ödəyə, özlərinə məxsus olan sığorta müqavilələri tarixçəsini
izləyə və onları idarə edə, sığorta hadisələri üzrə tənzimlənmə statusunu
görməklə sənədlərini yükləyə, eləcə də online müştəri dəstəyindən yararlana və
yeniliklər barədə bildirişlər ala biləcəklər.
Bundan
əlavə, mobil tətbiqdə tibbi sığorta üzrə sığortalanmış müştərilər üçün ayrıca bölmə
əlavə edilib. Bu bölmə vasitəsi ilə sığortalanmış şəxslər elektron tibbi
sığorta kartını əldə etməklə həkimə onlayn qeydiyyatdan keçə, təcili tibbi
yardım çağıra, sığorta təminatını, tibb məntəqələrinin siyahısını və
müraciətlərinin tarixçəsini görə biləcəklər.
Elektron
xidmətlərə girişdə myGov ID ilə
təhlükəsiz avtorizasiya imkanı təqdim edən “Meqa Sığorta” mobil tətbiqi
müştərilərə sığorta xidmətlərinə daha rahat çıxış, vaxtına qənaət və çevik
xidmət təcrübəsi qazandıracaq.
Funksionallığı
və müasir dizaynı ilə seçilən “Meqa Sığorta” mobil tətbiqini həm App Store (https://cutt.ly/srNGuTFJ),
həm də Google Play (https://cutt.ly/NrNGu8cC)
platformalarından yükləmək mümkündür.