*8778

SİZİN ÜÇÜN FAYDALI

/ “Meqa Sığorta” yeni onlayn sığorta mağazasını istifadəyə verdi
16 September 2025

“Meqa Sığorta” yeni onlayn sığorta mağazasını istifadəyə verdi

Azərbaycanın aparıcı sığorta şirkətlərindən biri olan "Meqa Sığorta" ASC müştərilərə sığorta məhsullarına daha əlçatan və sürətli çıxış təmin etmək məqsədilə yeni onlayn satış portalını istifadəyə verib.

Yeni elektron sığorta mağazası - https://store.meqasigorta.az/ vasitəsi ilə müştərilər avtomobil, əmlak, səyahət və digər sığorta məhsullarını cəmi bir neçə dəqiqə ərzində onlayn olaraq əldə edə biləcəklər. Platforma 24/7 rejimində fəaliyyət göstərir və istifadəçilərə coğrafi və zaman məhdudiyyətləri olmadan xidmətdən yararlanmaq imkanı yaradır.

Onlayn sığorta mağazası müştəri təcrübəsini optimallaşdırmaq, rəqəmsal həlləri genişləndirmək və müasir texnologiyaların tətbiqi ilə sığorta məhsullarına əlçatanlığı artırmaq məqsədi ilə hazırlanıb.

“Meqa Sığorta” ASC 2010-cu ildən fəaliyyət göstərir və hüquqi və fiziki şəxslərə 36 növ könüllü və icbari sığorta məhsulları, eləcə də 100% səhmdarı olduğu “Meqa Həyat Sığorta” ASC vasitəsi ilə həyat sığortası üzrə sığorta xidmətləri göstərir. Şirkət sığorta yığımlarının, sığorta ödənişlərinin və məcmu kapitalının həcminə görə Azərbaycan sığorta bazarının lider şirkətlərindən biridir.

Online Xidmətlərimizə
Xoş Gəlmisiniz!

ELEKTRON SIĞORTA MÜQAVİLƏSİ

(hüquqi şəxslər VÖEN, digərləri FİN kodu daxil edin)