*8778

SİZİN ÜÇÜN FAYDALI

/ “Meqa Sığorta” ilə UNEC-in uğurlu əməkdaşlığı davam etdirməkdədir
24 February 2025

“Meqa Sığorta” ilə UNEC-in uğurlu əməkdaşlığı davam etdirməkdədir

“Meqa Sığorta” ASC və “UNEC”–in birgə əməkdaşlığı çərçivəsində “Sığorta ilə dayanıqlı gələcək” adlı təlimə müxtəlif ixtisaslarda təhsil alan bir çox tələbələr qatılmışdılar.

3 gün davam edən təlimdə tələbələr sığorta sahəsinin ilkin biliklərini əldə etmiş və bir çox sığorta növləri haqqında ətraflı məlumatlara sahib olmuşdular.

Eyni zamanda proqram çərçivəsində iştirakçılar “Meqa Sığorta” ASC-nin baş ofisində müxtəlif departamentlərin əməkdaşları ilə görüşlər keçirərək, iş mühiti ilə yaxından tanış olublar. Tələbələrin böyük həvəslə qatıldığı bu təlimin sonunda isə iştirakçılara qazandıqları nəzəri və praktiki biliklərə görə “Meqa Sığorta” ASC tərəfindən Sertifikatlar təqdim olunmuşdur.

Online Xidmətlərimizə
Xoş Gəlmisiniz!

ELEKTRON SIĞORTA MÜQAVİLƏSİ

(hüquqi şəxslər VÖEN, digərləri FİN kodu daxil edin)