*8778

SİZİN ÜÇÜN FAYDALI

/ “Meqa Sığorta” Avstriya şirkəti ilə - 5 MİLYONLUQ MÜQAVİLƏ BAĞLADI
07 October 2024

“Meqa Sığorta” Avstriya şirkəti ilə - 5 MİLYONLUQ MÜQAVİLƏ BAĞLADI

“Meqa Sığorta” ASC Avstriyanın ən böyük beynəlxalq sığorta qrupu olan “Vienna Insurance Group”  şirkətlər qrupuna daxil olan “VİG Re” şirkəti ilə əməkdaşlığa başlayıb.

“Meqa Sığorta” şirkəti ilə VİG Re şirkəti arasında əmlak sığortası, eləcədə katastrofik risklərin təkrarsığortası üzrə obliqator təkrarsığorta müqaviləsi bağlanmışdır.

Əməkdaşlıq müqaviləsinin şərtlərinə əsasən “Meqa Sığorta” ASC tərəfindən sığortalanmış əmlak sığortası sinifləri üzrə risklər (əmlakın yanğından və digər risklərdən sığortası, daşınmaz əmlakın icbari sığortası, tikinti-quraşdırma risklərinin sığortası, podratçının maşın və avadanlıqlarının sığortası və s.) 5 mln AZN həddində VİG Re təkrarsığorta şirkətinə ötürüləcək. Bundan əlavə yeni əməkdaşlıq müqaviləsi çərçivəsində Meqa Sığorta zəlzələ, sel-daşqın və digər təbii fəlakətlər nəticəsində yarana biləcək katastrofik hallardan da təkrarsığorta müdafiəsi əldə edib.

Online Xidmətlərimizə
Xoş Gəlmisiniz!

ELEKTRON SIĞORTA MÜQAVİLƏSİ

(hüquqi şəxslər VÖEN, digərləri FİN kodu daxil edin)