*8778

SİZİN ÜÇÜN FAYDALI

/ İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi - MEQA SIĞORTANI SEÇDİ
08 October 2024

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi - MEQA SIĞORTANI SEÇDİ

Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan “İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi” əməkdaşlarının könüllü tibbi sığortası ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.

Dövlət satınalmalarının vahid internet portalında yerləşdirilmiş məlumata əsasən tenderin qalibi “Meqa Sığorta” ASC-dir. Tenderin nəticələrinə əsasən “İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi” Publik Hüquqi Şəxs ilə “Meqa Sığorta” ASC arasında müvafiq sığorta müqaviləsinin bağlanması nəzərədə tutulur. Qalib şirkətə 213 384 manat ödəniləcək.

Online Xidmətlərimizə
Xoş Gəlmisiniz!

ELEKTRON SIĞORTA MÜQAVİLƏSİ

(hüquqi şəxslər VÖEN, digərləri FİN kodu daxil edin)