*8778

SİZİN ÜÇÜN FAYDALI

/ “Meqa Sığorta” daha bir icbari sığorta növü üzrə xidmət göstərəcək
14 October 2024

“Meqa Sığorta” daha bir icbari sığorta növü üzrə xidmət göstərəcək

Azərbaycan Respublikası Mərkəzi Bankı “Meqa Sığorta” ASC-nin “Auditorun peşə məsuliyyətinin icbari sığortası” növü üzrə sığorta xidmətləri göstərməyə icazə verib.

Qeyd edək ki, bu icbari sığorta növü “Auditorun peşə məsuliyyətinin icbari sığortası haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir və Azərbaycan Respublikası ərazisində auditor xidməti göstərən fiziki və hüquqi şəxslərin auditin subyekti qarşısında peşə məsuliyyətinin icbari sığortası sahəsində münasibətləri, onun təşkilati, hüquqi və iqtisadi əsaslarını müəyyən edir.

Auditorun peşə məsuliyyətini yaradan sığorta hadisəsi halları aşağıdakılardır:

  • auditor xidməti sahəsində qəbul edilmiş normativ hüquqi aktların, standartların, qaydaların tələblərinin pozulması;
  • maliyyə və vergi hesabatlarında təhrif olunmuş məlumatların və səhvlərin aşkar edilməməsi;
  • aşkar edilən səhv və təhriflərin aradan qaldırılması üçün düzgün tövsiyələrin verilməməsi;
  • işlərin keyfiyyətsiz görülməsi və (və ya) yerinə yetirilməsi müddətinə riayət edilməməsi;
  • məxfilik prinsipinin pozulması.

Online Xidmətlərimizə
Xoş Gəlmisiniz!

ELEKTRON SIĞORTA MÜQAVİLƏSİ

(hüquqi şəxslər VÖEN, digərləri FİN kodu daxil edin)