*8778

SİZİN ÜÇÜN FAYDALI

/ “Meqa Sığorta” və “Meqa Həyat Sığorta” korporativ sosial məsuliyyət layihələrini davam etdirir
30 October 2024

“Meqa Sığorta” və “Meqa Həyat Sığorta” korporativ sosial məsuliyyət layihələrini davam etdirir

“Meqa Sığorta” ASC və “Meqa Həyat Sığorta” ASC ölkə iqtisadiyyatının inkişafına töhfə verməklə yanaşı cəmiyyət qarşısında olan məsuliyyətini unutmur və davamlı olaraq korporativ sosial məsuliyyət çərçivəsində müxtəlif layihələr həyata keçirir.

Sosial layihələrə böyük önəm verən “Meqa Sığorta” ASC və “Meqa Həyat Sığorta” ASC “Bütün Vücudlar Danışır” sosial-mədəni layihəsinin sponsorudur. “DanceAbility” Azərbaycan sosial müəssisəsi tərəfindən təşkil edilən bu layihə Meqa Sığorta Qrupunun dəstəyi ilə ESG (Ətraf mühit, sosial məsuliyyət və korporativ idarəetmə) prinsiplərinə uyğun olaraq, inklüziv cəmiyyətin inkişafını təşviq edir. Bu təşəbbüslə Meqa Sığorta Qrupu inklüziv cəmiyyətin qurulmasına öz töhfəsini verir.

Bir il ərzində davam edəcək “Bütün Vücudlar Danışır” layihəsi 800-dən çox iştirakçıya xidmət göstərməyi planlaşdırır. Layihədə fərqli yaş qruplarından əlilliyi olan şəxslər, qazilər, aztəminatlı ailələr və internat məktəblərinin şagirdləri iştirak edəcək. Layihənin əsas məqsədi - cəmiyyətin həssas qruplarını bir araya gətirib onların fiziki və emosional rifahını yaxşılaşdırmaq və sosial bacarıqlarını inkişaf etdirməkdir.

Online Xidmətlərimizə
Xoş Gəlmisiniz!

ELEKTRON SIĞORTA MÜQAVİLƏSİ

(hüquqi şəxslər VÖEN, digərləri FİN kodu daxil edin)