*8778

SİZİN ÜÇÜN FAYDALI

/ Meqa Sığorta Qrupu Xankəndidə filial açdı
25 November 2024

Meqa Sığorta Qrupu Xankəndidə filial açdı

Azərbaycanın ərazi bütövlüyünün bərpasından sonra Xankəndi şəhərində filial açan ilk sığorta şirkəti “Meqa Sığorta” ASC və “Meqa Həyat Sığorta” ASC oldu.

23 noyabr tarixində Meqa Sığorta və Meqa Həyat Sığorta şirkətlərinin rəhbər heyəti Xankəndi şəhərində “Qarabağ” filialının açılışını edib. Qarabağ iqtisadi rayonunda fəaliyyət göstərən hüquqi şəxslərə və fərdi müştərilərə xidmət göstərəcək yeni filial həm həyat, həm də qeyri-həyat sığortası məhsulları təqdim edəcək.

Yeni Qarabağ filialı müştərilərə istər icbari, istərsə də könüllü sığorta məhsullarının əlçatanlığını təmin etmək, eləcə də, yüksək səviyyədə keyfiyyətli xidmət göstərmək üçün bütün zəruri şərait və imkanlarla təmin edilib.

Açılış mərasimində Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşları da iştirak edib.

Online Xidmətlərimizə
Xoş Gəlmisiniz!

ELEKTRON SIĞORTA MÜQAVİLƏSİ

(hüquqi şəxslər VÖEN, digərləri FİN kodu daxil edin)