*8778

SİZİN ÜÇÜN FAYDALI

/ “Meqa Sığorta” - İRİ SIĞORTA ÖDƏNİŞİ EDİB.
03 June 2024

“Meqa Sığorta” - İRİ SIĞORTA ÖDƏNİŞİ EDİB.

“Meqa Sığorta” tikinti-quraşdırma risklərindən (CAR/EAR insurance) kompleks şəkildə sığortalanmış müştərisinə iri həcmli sığorta ödənişi edib.

Sığortalı tərəfindən müəssisədə modernizasiya və yenidənqurma işləri həyata keçirilən zaman quraşdırılan avadanlıqda defekt aşkar olunmuş və nəticədə avadanlığın istifadəsi mümkünsüz olmuşdur. Sığorta hadisəsinin araşdırılması üçün mütəxəssislər də cəlb edilmiş və sığortalıya dəymiş zərərin kompensasiyası üçün 507 780 manat məbləğində sığorta ödənişi edilmişdir.

Verilən məlumata əsasən, sözü gedən risk Lloyds, Allianz, AIG və digər “A” reytinqli təkrarsığorta şirkətlərində təkrarsığorta edilmiş və uğurlu təkrarsığorta müdafiəsi sayəsində zərərin böyük hissəsi təkrarsığorta partnyorları tərəfindən qarşılanmışdır.

Online Xidmətlərimizə
Xoş Gəlmisiniz!

ELEKTRON SIĞORTA MÜQAVİLƏSİ

(hüquqi şəxslər VÖEN, digərləri FİN kodu daxil edin)