Müştərilərə göstərilən xidmət səviyyəsinin daha da artırılması, eləcə də yeni sığorta agentlərinin hazırlanması və peşəkarlığının yüksəldilməsi məqsədi ilə “Meqa Sığorta” və “Meqa Həyat” şirkətlərinin birgə Mərkəz filialı fəaliyyətə başlayıb.
Müasir tələblərə tam cavab verən filial həm həyat və qeyri-həyat sığorta məhsulları üzrə fərdi və korporativ müştərilərə xidmət göstərəcək, həm də sığorta agenti peşəsinə yiyələnmək istəyən şəxslərə təlimlərin keçirilməsi və onların peşəkar kadr kimi inkişaf etdirilməsi üçün fəaliyyət göstərəcək. Yeni filial sığorta məhsullarının əlçatanlığını təmin etmək, keyfiyyətli xidmət göstərmək, eləcə də təlimlərin keçirilməsi üçün bütün zəruri şərait və imkanlarla təmin olunub.