+99412 565-32-32

SİZİN ÜÇÜN FAYDALI

Könüllü Əmlak Sığortası

Bu Sığorta növünü bağlamaqla baş vermiş hadisələr nəticəsində Sizə məxsus əmlaka dəymiş maddi zərər "Meqa Sığorta" ASC tərəfindən qarşılanacaq. 
"Meqa Sığorta" ASC hüquqi şəxslərin öz fəaliyyətini, həmçinin hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin sahibkarlıq fəaliyyətini həyata keçirməsi üçün istismar etdiyi daşınmaz və daşınar əmlakın sığortası növünü təklif edir. 


  • Könüllü Əmlak Sığortası növü üzrə daşınmaz və daşınar əmlaka aşağıdakı risklər nəticəsində dəymiş zərərə sığorta təminatı verilir: 

    • Yanğın;
    • Partlayış;
    • Təbii fəlakətlər;
    • Su basması;
    • Üçüncü şəxslərin qanuna zidd hərəkətləri;
    • Oğurluq və oğurluğa cəhd;
    • Şüşə sınması.

  • Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün istifadə olunan aşağıdakı əmlaklar sığortalana bilər:

    • Bina və tikililər;
    • Memarlıq konstruksiya hissə və elementləri;
    • Qurğular;
    • Texnika;
    • Anbarlar;
    • Daşınar əmlak;
    • Avadanlıqlar və digər inventarlar;
    • Ötürücü qurğular;
    • Hazır məhsullar;
    • Xammal və materiallar.


Qeyd!


Əmlak Sığorta üzrə sığorta haqqı əmlakın bazar dəyərindən, yerləşdiyi ünvandan, istifadə təyinatından və digər amillərdən asılı olaraq mütəxəssislərimiz tərəfindən fərdi olaraq hesablanır.

Online Xidmətlərimizə
Xoş Gəlmisiniz!

ELEKTRON SIĞORTA MÜQAVİLƏSİ

(hüquqi şəxslər VÖEN, digərləri FİN kodu daxil edin)