*8778

SİZİN ÜÇÜN FAYDALI

Keyfiyyət Siyasəti

"Meqa Sığorta" Açıq Səhmdar Cəmiyyəti, peşəkar yanaşma, yüksək etibarlılıq, xidmətlərin keyfiyyəti, fərdi və korporativ müştərilərə təklif olunan geniş çeşidli sığorta məhsulları və müştəri məmnunluğunun qorunması üzrə  Azərbaycan sığorta bazarının liderlərindən biridir.

Biz ən yüksək etik standartlar əsasında çalışırıq və bu səbəbdən müştərilərimiz, işgüzar tərəfdaşlarımız və bütün maraqlı tərəflərimiz beynəlxalq səviyyədə tanınan keyfiyyətli sığorta və təkrarsığorta xidmətlərimizdən əmin ola bilərlər.

Fəaliyyətimizin şəffaflığını, yüksək maliyyə sabitliyini, sürətli inkişafı təmin etməyə yönəlmiş strategiyamızı həyata keçirmək məqsədi ilə "Meqa Sığorta" ASC hər il Beynəlxalq Maliyyə Hesabatı Standartlarına uyğun olaraq dünyanın aparıcı auditor şirkətləri tərəfindən audit olunur və həmçinin “SGS” şirkəti tərəfindən təsdiqlənmiş ISO 9001:2015 beynəlxalq standartına uyğun olaraq Keyfiyyət İdarəetmə Sistemini tətbiq edir.

Ölkədə iqtisadi artım tempini, əhali arasında sığorta mədəniyyətinin inkişafını və sığorta bazarında mövcud olan rəqabəti nəzərə alaraq, sahib olduğumuz  kadr və texniki potensialın gücləndirilməsi və təklif etdiyimiz geniş sığorta xidmətlərinin keyfiyyətinin yüksəldilməsi üzərində daima işləyirik. 

"Meqa Sığorta" ASC-nin rəhbərliyi Keyfiyyət Siyasətini bəyan edir və Siyasətin hər bir bəndinə, xüsusilə də aşağıda qeyd olunan müddəalara riayət olunması üçün lazımi resurslarla təmin edir:

- Keyfiyyət Menecment Sisteminin tələblərinə mütləq surətdə cavab verən xidmət səviyyəsinin yüksəldilməsinə, iş proseslərinin optimallaşdırılmasına, avtomatlaşdırılmasına, müştəri məmnunluğunun artırılmasına və bununla da sığorta bazarında “Meqa Sığorta” ASC-yə olan inam və etibarın, eləcə də Cəmiyyətin biznes nüfuzunun  daha da möhkəmlənməsinə nail olmaq;

- Azərbaycan Respublikasının qanunvericilik aktlarında və İSO 9001 Keyfiyyət İdarəetmə Standartında qeyd olunan bütün tələbləri yerinə yetirmək;

- Əhalinin sığorta maraqlarından irəli gələn gözləntilərinin və bundan qaynaqlanan sosial-iqtisadi vəziyyətinin müdafiəsinə təminat vermək;

- Keyfiyyət Menecment Sisteminin daimi təkmilləşməsini təmin etmək üçün işçi heyətini davamlı olaraq maarifləndirmək, peşəkarlığını artırmaq istiqamətində bütün vasitə və imkanlardan istifadə etmək.

Vahid Keyfiyyət Siyasətinin yürüdülməsi üçün Cəmiyyətin işçiləri Keyfiyyət Menecment Sisteminin bütün proseslərinin və yeniliklərinin tətbiq olunmasını maraqla dəstəkləyir.




Online Xidmətlərimizə
Xoş Gəlmisiniz!

ELEKTRON SIĞORTA MÜQAVİLƏSİ

(hüquqi şəxslər VÖEN, digərləri FİN kodu daxil edin)