+99412 565-32-32

SİZİN ÜÇÜN FAYDALI

Energetik Risklərin Sığortası

Neft quyularının qazma operatorlarının qarşılaşa biləcək ən təhlükəli risklərdən sayılan quyu üzərində nəzarətin itirilməsi riski nəticəsində yaranan xərclərin/öhdəliklərin təzminatı məqsədi ilə qazma işləri zamanı kompleks sığorta paketinin alınması məqsədə uyğun hesab olunur.

Bu sığorta növü özündə qazma avadanlıqlarının sığortası, operatorun əlavə xərclərinin və neft yataqlarının işlənilməsi/ istismarı  nəticəsində üçüncü şəxslər qarşısında məsuliyyət sığortasını birləşdirir.



  • Bu növ üzrə sığorta obyekti aşağıda sadalanların əmlak mənafeləri hesab olunur:

    • Quyuların qazması, təhqiqatı və təmiri;
    • Quyuların qazması, təhqiqatı və təmiri zamanı istifadə olunan qazma avadanlıqları;
    • Quyu üzərində nəzarətin itirilməsi nəticəsində ətraf mühitə dəyən zərərin qarşısını alınması üzrə Sığortalının öhdəliyi.

  • Təzminat aşağıda qeyd olunan risklər nəticəsində ödənilir:

    • Quyu üzərində nəzarətin itirilməsi;
    • Yenidən qazma zamanı yaranan xərclər;
    • Ətraf mühitə dəyən zərər nəticəsində yaranan öhdəlik.


Sığorta təminatı dünyada geniş yayılan London Sığortaçılar İnstitutunun xüsusi qaydaları olan "Energy Exploration and Development Insurance EED 8/86"qaydalarına əsaslanır. 

Qeyd olunan sığorta növü üzrə sığorta müddəti əsasən 12 ay müəyyən olunur.

Online Xidmətlərimizə
Xoş Gəlmisiniz!

ELEKTRON SIĞORTA MÜQAVİLƏSİ

(hüquqi şəxslər VÖEN, digərləri FİN kodu daxil edin)