+99412 565-32-32

SİZİN ÜÇÜN FAYDALI

Dəniz Risklərinin Sığortası

“Meqa Sığorta” ASC okean, dəniz və çaylarda üzən su nəqliyyatı vasitələrinin əsasən iki növ üzrə sığortalanmasını həyata keçirir:


  • Gəmi sahiblərinin məsuliyyət sığortası

  • Gəmi sahiblərinin məsuliyyət sığortası növü ilə su nəqliyyatı vasitələrinin istismarı nəticəsində üçüncü şəxslərin əmlakına  və ya sağlamlığına dəyən zərərə görə gəmi sahiblərinin mülki məsuliyyəti sığorta olunur və əsas sığorta təminatları aşağıdakılardır:

      • Sığortalanmış gəmidə daşınan yükə görə məsuliyyət;
      • Sığortalanmış gəminin heyyətinə məxsus şəxsi əmlaka dəyən zərərə görə məsuliyyət;
      • Sığortalanmış gəminin başqa gəmilər ilə toqquşmasına görə məsuliyyət;
      • Üzən və hərəkət etməyən predmetlərin zədələnməsinə görə məsuliyyət;
      • Yedəyə alma müqaviləsi üzrə məsuliyyət;
      • Gəmi dağıntılarının aradan qaldırılma xərcləri;
      • Sığortalanmış gəmilərdən neft, bunker yanacağı və digər çirkləndirici maddələrin axması nəticəsində suların (sularda yerləşən hər hansı əmlak daxil olmaqla) çirklənməsi ilə vurulan zərərə görə məsuliyyət;
      • Xəstəliyə görə məsuliyyət;
      • Ölüm və ya xəsarət alma;
      • Tibb və dəfn xərcləri;
      • Heyyətin əvəz olunması xərcləri;
      • Repatriasiyaya dair öhdəlik;
      • Zərərin qarşısının alınması və həcminin azaldılması üçün çəkilən xərclər;
      • Ümumi qəza;
      • Cərimələr;
      • Karantin üzrə xərclər;
      • “Meqa Sığorta” ASC-nin “Gəmi sahiblərinin məsuliyyəti sığortası” növü üzrə əhatə olunan sair risklər.


  • Su nəqliyyаtı vаsitələrinin sığоrtаsı 

  • Su nəqliyyatı vasitələrinin sığortası növü ilə baş vermiş sığorta  hadisələri nəticəsində su nəqliyyatı vasitələrinin zədələnməsi  və  tam məhv olmasına  təminat verilir.

  • Təminat əsasən aşağıda qeyd olunan riskləri əhatə edir:

      • Dənizdə, çаylаrdа, göllərdə və gəmiçilik üçün yаrаrlı оlаn digər sulаrdа mövcud оlаn təbii təhlükələr; 
      • Yаnğın, pаrtlаyış; 
      • Gəminin  hеyyət üzvü və yа sərnişini оlmаyаn şəхslər tərəfindən zоr tətbiq еdilməklə оğurlаnmаsı; 
      • Yükün məcbur və bilərəkdən gəmi bortundan atılması;
      • Quldurluq;
      • Yеrüstü nəqliyyаt vаsitələri, tərsаnə və yа limаn аvаdаnlıqlаrı ilə təmаs  (tоqquşmа);
      • Zəlzələ, vulkan püskürməsi və ildırım vurma;
      • Yükün və yа yаnаcаğın yüklənməsi və yа bоşаldılmаsı nəticəsində baş vermiş qəza;
      • Gəmi kapitanı və/və ya qəmi heyyətinin qanuna zidd olan hərəkətləri;
      • Qаzаnlаrın pаrtlаmаsı, vаllаrın (vərdənələrin) хаrаb оlmаsı və yа mаşın аvаdаnlıqlаrının yахud kоrpusun hər hаnsı gizli qüsurlаrı.
      • “Meqa Sığorta” ASC-nin “Su nəqliyyatı vasitələrinin sığortası” növü üzrə əhatə olunan sair risklər.
  • Təminat sığorta məbləği həddində həmçinin aşağıda qeyd olunan təminatlar ilə genişlənir.

      • Çirklənmə riskləri
      • Ümumi qəza və xilasetmə xərcləri
  • Təminat həmçinin müharibə və sair risklər ilə də genişləndirilə bilər. 


    Online Xidmətlərimizə
    Xoş Gəlmisiniz!

    ELEKTRON SIĞORTA MÜQAVİLƏSİ

    (hüquqi şəxslər VÖEN, digərləri FİN kodu daxil edin)