+99412 565-32-32

SİZİN ÜÇÜN FAYDALI

Bank Risklərinin Kompleks Sığortası

“Meqa Sığorta” ASC-nin bank risklərinə Qarşı Kompleks Sığortası cinayət əməli nəticəsində yaranan maliyyə itkilərinə qarşı təminat verir. 
Cinəyətin dünya üzrə artdığı zaman, maliyyə institutlarının əksəriyyəti dələduzlar üçün cəlbedici hədəf olaraq qalmaqdadır. 

Maliyyə institutlarının rəhbərləri onlara nəzarət edən orqanlar tərəfindən idarə etdikləri müəsisslərin aktivlərinin daxili nəzarət, risklərin idarə olunması və kapitalın yerləşdirilməsi ilə bağlı təhlükəsizliyinin təmin olunması tələbləri ilə daim üzləşirlər.   

Bu sığorta növü üzrə sığorta təminatı işçilərin dələduzluğu, oğurluq, kompüter cinayətləri, saxtakarlıq, inkasassiya zamanı qiymətli kağızların itirilməsi və ya zədələnməsi, oğurluq nəticəsində bankın əmlakına dəyən zərər və sair riskləri özündə birləşdirir. 


  • Sığorta təminatı aşağıda qeyd olunanlar ilə genişləndirilə bilər:

    • Şəxsi məlumatların oğurlanması, istintaq xərcləri;
    • ATM-də olan pul nişanlarına dəyən zərər (oğurluq, quldurluq və s. ziyan nəticəsində);
    • Maliyyə itkisi məbləğinin araşdırması və sübutu ilə bağlı yaranan xərclər;
    • Hədə-qorxu və insan oğurluğundan irəli gələn itkilər;
    • Səhvən köçürülmüş vəsaitlər;
    • Ödəniş tələbinin dəyandırılmamasından irəli gələn məsuliyyət;
    • İpoteka müqavilələri üzrə saxtakarlıq;


Cinayətə Qarşı Kompleks Sığortanın potensial alıcıları kimlərdir?

 Banklar, sosial müdafiə fondları, sığorta şirkətləri, və s. kimi maliyyə institutları.


Online Xidmətlərimizə
Xoş Gəlmisiniz!

ELEKTRON SIĞORTA MÜQAVİLƏSİ

(hüquqi şəxslər VÖEN, digərləri FİN kodu daxil edin)