+99412 565-32-32

SİZİN ÜÇÜN FAYDALI

Avtonəqliyyat vasitələrinin Tam sığortası

Avtonəqliyyat vasitələrinin tam sığortasını əldə etməklə Siz baş verə biləcək qəzalardan sonra nəqliyyat vasitələrinin təmiri zamanı meydana çıxacaq xərclərin sığorta şirkəti tərəfindən ödənilməsi, eyni zamanda onun oğurlanması və ya tam məhv olması və s.  zamanı  əmlak maraqlarınızı qoruya bilərsiniz. 

Avtonəqliyyat vasitələrinin tam sığortası aşağıdakı təminatları əhatə edir:

Nəqliyyat vasitəsinin sığortası


Aşağıdakı risklər nəticəsində avtomobilə dəyə bilən zərərlərdən sığorta təminatı verilir:
  • Yol-nəqliyyat hadisəsi,
  • Yanğın, partlayış, ildırım vurması və onların nəticələrinin aradan qaldırılması,
  • Təbii fəlakətlər,
  • Ağacların/daşların və digər predmetlərin dəyməsi/düşməsi,
  • Üçüncü şəxslərin qərəzli və qanuna zidd olan hərəkətləri,
  • Oğurluq, qaçırma, soyğunçuluq, quldurluq


Sürücülərin və sərnişinlərin fərdi qəza sığortası

Sığorta müqaviləsində göstərilən avtomobilin istifadəsi ilə əlaqədar sürücünün və (və ya) sərnişininin həyat və sağlamlığına dəyə biləcək zərərlərə sığorta müqaviləsində nəzərdə tutulmuş limitlər həcmində sığorta təminatı verilir.


Avtomobil sahiblərinin mülki məsuliyyətinin sığortası

ığorta müqaviləsində göstərilən avtomobilin istifadəsi zamanı üçüncü şəxslərin həyatına, sağlamlığına və (və ya) əmlakına dəyən zərərlərə sığorta müqaviləsində nəzərdə tutulmuş limitlər həcmində sığorta təminatı verilir.

Bu bölmə üzrə sığorta hadisəsi nəticəsində sığorta müqaviləsində göstərilən limitlər “İcbari sığortalar haqqında” AR qanununa əsasən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə müəyyən olunmuş sığorta limitlərindən artıq olan həddə ödənilir.


Faydalı!


Hüquqi şəxslərə məxsus nəqliyyat vasitələri üzrə sığorta haqları nəqliyyat vasitərlərinin sayından, növündən, istifadə məqsədindən və digər amillərdən asılı olaraq qimətləndirilir və Sizin Şirkət üçün fərdi olaraq sığorta təklifi hazırlanır.
Növbəti illər Sizin Şirkətə məxsus nəqliyyat vasitələrinin zərər tarixçələrindən asılı olaraq sığorta haqlarına baxılır və  müvafiq endirimlər tətbiq olunur.

Online Xidmətlərimizə
Xoş Gəlmisiniz!

ELEKTRON SIĞORTA MÜQAVİLƏSİ

(hüquqi şəxslər VÖEN, digərləri FİN kodu daxil edin)