+99412 565-32-32

SİZİN ÜÇÜN FAYDALI

Yüklərin Sığortası

“Meqa Sığorta” ASC düzgün Risklərin İdarə edilməsi Siyasətinin yaradılması üçün və müştərilərin fəaliyyətinə ən uyğun Yük Sığortası üsullarının müəyyən edilməsi üçün müştəriləri ilə yaxın əməkdaşlıq edir.
Daşınma müqaviləsinin şərtlərindən asılı olmayaraq istənilən yükün daşınması zamanı itkilərin olması ehtimalı yaranır. Yüklər tez-tez itir, oğurlanır və xarab olurlar. Statistikaya görə ən çox zərər yüklərin oğurlanmasının və əskik gəlməsinin, eləcə də malların yolda qismən zədələnməsinin üzərinə düşür.

Bu cür problemlərin ən optimal həlli yük sığortası üzrə təminatın alınmasıdır.

“Meqa Sığorta” ASC uzun illər ərzində öz müştərilərinə yüklərin daşınması və saxlanması zamanı onların etibarlı müdafiəsini təmin edir.


Sığorta obyektləri

İstənilən nəqliyyat növü vasitəsi ilə daşınan bütün növ yüklər




Sığorta riskləri:

"Meqa Sığorta" ASC dünyada geniş istifadə olunan London Sığortaçıları İnstitutunun yük sığortası şərtlərinə əsasən yük sığortası təminatını öz müştərilərinə təqdim edir. Təminat şərtlərindən asılı olaraq sığorta riskləri dəyişə bilər.


Geniş istifadə olunan London Sığortaçıları İnstitutunun A, B və C şərtləri üzrə risklərin əhatə dairəsini aşağıda qeyd olunan cədvəldə diqqətinizə çatdırırıq:


RisklərTəminat növü
ABC
1Yanğın və partlayış
2Saya oturmaq, batma, çevrilmə
3Yerüstü daşınma zamanı aşma və ya relslərdən çıxma
4Toqquşma
5Yükün məcburiyyət qarşısında limanda boşaldılması
6Gəminin tam məhvolması 
7Ümumi qəza
8Yükün məcburiyyət qarşısında gəmidən dənizə atılması
9Zəlzələ, vulkan püskürməsi, ildırım vurması
10Yükün gəmi üzərindən dəniz suyu ilə yuyulması 
11Dəniz, göl, çay suyunun konteynerə və ya yükün saxlandığı yerə daxil olması
12Yükləmə/boşaltma zamanı yükün tam məhvolması
13Yağış suyu
14Üçüncü şəxslərin qərəzli hərəkətləri
15Sınma
16Çatışmamazlıqlar
17Xırda oğurluq
18Oğurluq
19Sığortalının gərəzli hərəkəti
20Təbii sızma, çəkinin və ya həcmin təbii itirilməsi
21 Təbii köhnəlmə
22Uyğun olmayan qablaşdırılma və ya hazırlanma
23Defekt
24Gecikdirilmə
25Gəmi sahiblərinin müflis olması
26Gəminin və ya konteynerin uyğun olmaması
27Müharibə, zəbt edilmə, mühazirə 
28Tətil, qiyam və ya terrorizm


Online Xidmətlərimizə
Xoş Gəlmisiniz!

ELEKTRON SIĞORTA MÜQAVİLƏSİ

(hüquqi şəxslər VÖEN, digərləri FİN kodu daxil edin)