+99412 565-32-32

SİZİN ÜÇÜN FAYDALI

Hava Nəqliyyat Vasitələrinin sığortası

Meqa Sığorta ASC hava nəqliyyat vasitələrinin bütün risklərdən sığortalanmasını təmin edir. 

Hava nəqliyyat vasitələrinin sığortası aşağıda göstərilənlərə təminat verir:


Gövdənin bütün risklərdən sığortası

Havada və ya yerdə olmasından asılı olmayaraq hava nəqliyyat vasitəsitələrinə dəyə biləcək maddi zərər. 

Hava nəqliyyat vasitəsi məsuliyyət sığortası

Hava nəqliyyat vasitəsitələrinin istismarı nəticəsində üçüncü şəxslərin sağlamlığa və ya əmlakına dəyən zərər.

Müharibə riskləri

Bu sığorta təminatı əsasən bütün risklərdən sığorta növü ilə istisna olunan müharibə və qərəzli hərəkətlər nəticəsində dəyən zərəri əhatə edir. 

Sərnişinlər qarşısındə məsuliyyət sığortası

Sərnişinlərin qarşısında məsuliyyət sığortası hava nəqliyyat vasitəsitəsi ilə uçan sərnişinlərin xəsarət və ya ölüm hallarından irəli gələn məsuliyyət riskinə dair sığorta təminatıdır. Bu təminat əsasən hər bir sərnişin oturacağı üzrə müəyyən olunan sığorta məbləği çərçivəsində təmin olunur. 

Binalar, Məhsul və Anqar sahibinin məsuliyyəti

Bu təminat növü üçüncü şəxslərə məxsus hava nəqliyyat vasitəsitələrinin saxlanmasından və texniki xidmət olunmasından irəli gələn məsuliyyətə qarşı sığorta növüdür. Tələb olunduğu halda, bu təminat yanacaq doldurma risklərini sığortalanması ilə genişləndirilə bilər. 


Hava nəqliyyat vasitələrinin sığortası kimlər üçün nəzərdə tutulub ?


Sözügedən təminat fərdi sahibkarlar, hüquqi şəxslər, çarterer və helikopter idarəediciləri üçün nəzərdə tutulub.

Online Xidmətlərimizə
Xoş Gəlmisiniz!

ELEKTRON SIĞORTA MÜQAVİLƏSİ

(hüquqi şəxslər VÖEN, digərləri FİN kodu daxil edin)