+99412 565-32-32

SİZİN ÜÇÜN FAYDALI

Müştəri Hüquqları


Sığorta müqaviləsi bağlanarkən sığortaçının müstəqil auditor tərəfindən təsdiqlənmiş illik balansı və fəaliyyətinin illik yekunlarına dair maliyyə nəticələri ilə tanış olmaq; 
Sığortaçıdan sığortanın aparılması qaydaları və şərtləri, həmçinin sığortalının hüquq və vəzifələri barədə məlumat almaq;
Sığorta şəhadətnaməsi itdiyi halda sığortaçıdan onun dublikatını almaq; 
Sığorta müqaviləsinin şərtləri və sığorta qaydaları barədə sığortaçıdan izahatlar almaq;
Sığorta müqaviləsinin şərtlərinin dəyişdirilməsi təklifi ilə çıxış etmək;
Sığorta hadisəsinin baş verməsinin qarşısını almaq üçün və hadisələrin nəticələrini azaltmaq üçün zəruri olan məlumatı və məsləhətləri Sığortaçıdan almaq;
Dəymiş zərərin məbləğini müəyyənləşdirmək məqsədi ilə qanunvericilikdə nəzərdə tutulmuş qaydada reyestrə daxil edilmiş hər hansı müstəqil ekspertin xidmətlərindən istifadə etmək;
Sığortaçı və ya müstəqil ekspert tərəfindən dəymiş zərərin miqdarının və sığorta ödənişinin məbləğinin müəyyən edilməsinin nəticələri ilə tanış olmaq;
Sığortaçının sığorta ödənişindən imtina barədə qərarından və ya sığorta ödənişinin məbləği ilə razılaşmadığı halda maliyyə bazarlarına nəzarət orqanına və məhkəməyə şikayət etmək;
Sığorta qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda və qaydada sığorta ödənişini almaq.

Online Xidmətlərimizə
Xoş Gəlmisiniz!

ELEKTRON SIĞORTA MÜQAVİLƏSİ

(hüquqi şəxslər VÖEN, digərləri FİN kodu daxil edin)