+99412 565-32-32

SİZİN ÜÇÜN FAYDALI

Təkrarsığortaçılar

“Meqa Sığorta" ASC maliyyə davamlılığının əsas komponentlərindən biri olan təkrarsığorta məsələlərinə böyük əhəmiyyət verir. Baxmayaraq ki, fiziki və hüquqi şəxslər sığorta məhsulu əldə edərkən təkrarsığorta prosesini görmürlər, baş vermiş zərərlərin tənzimlənməsində təkrarsığorta əməliyyatları onlara birbaşa təsir göstərir. Bu səbəbdən sığorta müqaviləsinin hər bir tərəfi üçün təkrarsığortanın rolunu anlamaq çox vacibdir.


Təkrarsığorta nədir?


Sadə dildə desək, təkrarsığorta sığorta şirkətinin özünü sığortalamasıdır. Sığorta şirkəti ölçüsündən asılı olmayaraq istənilən sığorta riskini öz üzərində saxlayarsa, şirkət iflasa səbəb ola biləcək potensial zərərli hadisə ilə üzləşə bilərlər. Bu cür halların baş verməməsi məqsədilə və müştərilərin iddiaların vaxtında və keyfiyyətli tənzimlənməsi üçün Sığortaçılar da, öz müştəriləri kimi, özləri üçün sığorta alırlar.


Biznesin təkrarsığortadan xəbərdar olması niyə vacibdir?


Sığorta təminatının2-ci dərəcəsini təqdim edən Təkrarsığorta şirkətləri, sığortaçılardan onların şəxsi tutmları üçün həddindən artıq böyük olan riskləri qəbul edirlər və bu yolla sığortaçılara daha çox biznes cəlb etməyə imkan verirlər.

Təkrarsığorta şirkətlərinin yüksək kapitallaşma səviyyəsinə, texniki bilik və imkanlara sahib olması onlara Sığorta şirkətlərini əlavə həcm, peşəkar məsləhət, iddiaların tənzimlənməsi, innovasiyalar və s. sahələrdə xidmətlər göstərmək imkanı verir.


  • Digər əsas əməliyyatlarla yanaşı, təkrarsığorta fəaliyyəti də "Meqa Sığorta" ASC-nin əsas prioritet istiqamətlərindən biridir. Təkrarsığorta bizə bu imkanları yaradır:

    • Riskin diversifikasiyası;
    • Risk üzrə tutumun artırılması;
    • Sığortaya qəbul edilən risklərin artırılması;
    • Anderraytinq əməliyyatlarının stabilliyinin artırılması;
    • Təhlükəsizliyin təmin edilməsi;
    • Əminliyin gücləndirilməsi;
    • Portfel və aktivlərin idarə olunmasının təkmilləşdirilməsi;
    • Maliyyə vəsaitlərinin axınında və ehtiyatların yaradılmasında üstünlüyün əldə olunması.


Təkrarsığorta tərəfdaşları


Bizim tərəfdaşlarımızın siyahısı çox genişdir və demək olar ki, tamamilə beynəlxalq reytinq agentlikləri (Standard & Poor’s, A.M. Best və s.) tərəfindən A və daha yuxarı maliyyə dayanıqlılığı səviyyəsində qiymətləndirilmiş Təkrarsığorta şirkətlərindən ibarətdir.
  • Əməkdaşlıq etdiyimiz çoxsaylı təkrarsığorta tərəfdaşlarından bir neçəsinin adı aşağıda göstərilmişdir:

    • Lloyd’s,
    • Munich Re,
    • Swiss Re,
    • Hannover Re,
    • Chubb,
    • AIG,
    • Allianz,
    • Zurich,
    • Assicurazioni Generali SpA,
    • QBE Insurance Group,
    • Sirius International Group ,
    • və digərləri.

Online Xidmətlərimizə
Xoş Gəlmisiniz!

ELEKTRON SIĞORTA MÜQAVİLƏSİ

(hüquqi şəxslər VÖEN, digərləri FİN kodu daxil edin)