+99412 565-32-32

SİZİN ÜÇÜN FAYDALI

İcbari Nəqliyyat Sığortası

Azərbaycan Respublikasında İcbrai Sığorta növləri üzrə fəaliyyət göstərmək üçün  sığorta şirkətləri İcbari Sığorta Bürosunun iştirakçı sığortaçıların reyestrinə daxil edilməlidir. "Meqa Sığorta" ASC 28 Mart 2012-ci il tarixdə İcbari Sığorta Bürosunun iştirakçı sığortaçıların reyestrinə daxil edilmişdir.
  • İcbari Nəqliyyat sığortası nə üçün lazımdır ?
    • İcbari nəqliyyat sığortası avtomobil qəzalarında yaranacaq mübahisələrin həllində və qarşı tərəfə dəymiş zərərin kompensasyiya edilməsində Sizə yardım edir. 
    • İcbari Nəqliyyat sığortası avtonəqliyyat vasitələrinin Azərbaycan Respublikasının ərazisində istifadəsi nəticəsində fiziki şəxslərin sağlamlığına, həmçinin fiziki və hüquqi şəxslərin əmlakına vurulmuş zərərlərin əvəzinin ödənilməsi məqsədi ilə tətbiq edilir. 
    • 18 Oktyabr 2011-ci il tarixdə qüvvəyə minmiş “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununa əsasən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətlərini sığorta etdirməsi icbari qaydada tələb olunur. 
    • İcbari avtonəqliyyat sığortası olmadan avtobilinizi idarə etdikdə Siz inzibati xəta törətmiş hesab olunur və qanunvericiliyin tələbini pozduğunuz üçün İnzibati Xətalar Məcəlləsinə əsasən cərimələnə bilərsiniz.

       İnzibati Xətalar Məcəlləsi Maddə 469. İcbari sığorta müqaviləsinin bağlanmaması 469.3. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanunu ilə mülki məsuliyyəti icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş avtonəqliyyat vasitəsi sahibləri tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmamasına görə fiziki şəxslər əlli manat məbləğində, vəzifəli şəxslər yüz manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir.

Qeyd:



1. Şəxs bu maddədə nəzərdə tutulmuş icbari sığorta müqaviləsinin bağlanmamasına görə inzibati məsuliyyətə cəlb olunduqda, 20 gün ərzində icbari sığorta müqaviləsini bağlamalıdır. Bu müddətdə şəxs həmin əməlin törədilməsinə görə təkrarən inzibati məsuliyyətə cəlb olunmur.

2. Bu Məcəllənin 469.3-cü maddəsində nəzərdə tutulmuş xəta foto və ya videoqeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, bu “Qeyd”in 1-ci bəndində göstərilən müddət həmin xətanın aşkarlandığı gündən hesablanır”.


  • Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası məbləğlər

    • Bir fiziki şəxsin sağlamlığına dəyən zərər üzrə - 5 000 (beş min) AZN

    • Ümumi olaraq sağlamlığa dəyən zərər üzrə - 50 000 (əlli min) AZN 
    • Üçüncü şəxslərin əmlakına dəyən zərər üzrə - 5 000 (beş min) AZN 
    • Bir hadisə üzrə - 55 000 (əlli beş min) AZN
İcbari Nəqliyyat Sığortası üzrə Sığorta haqları


Avtonəqliyyat vasitəsinin növüAvtonəqliyyat vasitəsinin göstəricisiFərdi Şəxslər üçün
Minik avtomobilləri
Mühərrikin həcmiSığorta Haqqı (AZN)

- 50 sm3 – 1 500 sm3
50

- 1 501 sm3 – 2 000 sm3
75

- 2 001 sm3 – 2 500 sm3
100

- 2 501 sm3 – 3 000 sm3
125

- 3 001 sm3 – 3 500 sm3
150

- 3 501 sm3 – 4 000 sm3
175

- 4 001 sm3 – 4 500 sm3
200

- 4 501 sm3 – 5 000 sm3
225

- 5 000 sm3 – dən çox
250
Avtobuslar, mikroavtobuslar
Sərnişin yerlərinin sayı
Sığorta Haqqı (AZN)

9 – 16150

16 - dan artıq200
Yük avtomobilləri
İcazə verilən maksimum kütlə
Sığorta Haqqı (AZN)

3 500 kq-dan çox olmadıqda
150

3 501 kq – 7 000 kq
200

7 000 kq – dan yuxarı
250
Motosikletlər və motorollerlər

50
Qoşqular və yarımqoşqular

25
Traktorlar

50
Trolleybuslar və tramvaylar

100


Qeyd:


Cədvəldə göstərilən sığorta haqları icbari nəqliyyat sığortası üzrə bonus-malus əmsalı tətbiq edilmədən qeyd edilmişdir. Avtonəqliyyat vasitəniz üzrə dəqiq sığorta haqqı hesablamaq üçün ONLAYN ƏLDƏ ET düyməsini sıxın.


Online Xidmətlərimizə
Xoş Gəlmisiniz!

ELEKTRON SIĞORTA MÜQAVİLƏSİ

(hüquqi şəxslər VÖEN, digərləri FİN kodu daxil edin)