+99412 565-32-32

SİZİN ÜÇÜN FAYDALI

Kasko Sığortası


Siz “Meqa Sığorta” ASC-də avtomobilinizi könüllü (KASKO) sığorta etdirməklə baş verə biləcək qəzalardan sonra avtomobilinizin təmiri zamanı meydana çıxacaq xərclərin sığorta şirkəti tərəfindən ödənilməsi, eyni zamanda onun oğurlanması, üçüncü şəxslərin qanunsuz hərəkətləri və s. zamanı əmlak maraqlarınızı qoruya bilərsiniz. 



Avtomobillərin tam sığortası üzrə aşağıdakı təminatları əldə edə bilərsiniz:



Avtomobilin KASKO sığortası

aşağıdakı risklər nəticəsində avtomobilə dəyə bilən zərərlərdən sığorta təminatı verilir: 

Avtonəqliyyat hadisəsi
Atılmış və ya düşmüş əşya
Oğurluq, quldurluq, qaçırma, soyğunçuluq
Üçüncü şəxsin qanuna zidd hərəkətləri
Yanğın və partlayış
Heyvanların hərəkəti
Təbii fəlakət

Sürücülərin və sərnişinlərin fərdi qəza sığortası

Sığorta müqaviləsində göstərilən avtomobilin istifadəsi ilə əlaqədar sürücünün və (və ya) sərnişininin həyat və sağlamlığına dəyə biləcək zərərlərə sığorta müqaviləsində nəzərdə tutulmuş limitlər həcmində sığorta təminatı verir.



Avtomobil sahiblərinin mülki məsuliyyətinin sığortası

Sığorta müqaviləsində göstərilən avtomobilin istifadəsi zamanı üçüncü şəxslərin həyatına, sağlamlığına və (və ya) əmlakına dəyən zərərlərə sığorta müqaviləsində nəzərdə tutulmuş limitlər həcmində sığorta təminatı verilir.

Bu bölmə üzrə sığorta hadisəsi nəticəsində sığorta müqaviləsində göstərilən limitlər “İcbari sığortalar haqqında” AR qanununa əsasən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə müəyyən olunmuş sığorta limitlərindən artıq olan həddə ödənilir.


Avtonəqliyyat vasitəniz üzrə dəqiq sığorta haqqı hesablamaq üçün ONLAYN MÜRACİƏT düyməsini sıxın.




Online Xidmətlərimizə
Xoş Gəlmisiniz!

ELEKTRON SIĞORTA MÜQAVİLƏSİ

(hüquqi şəxslər VÖEN, digərləri FİN kodu daxil edin)