AZ / EN / RU
Şəxsi kabinet
HAQQIMIZDA/FİZİKİ ŞƏXSLƏRƏ/HÜQUQİ ŞƏXSLƏRƏ/MÜŞTƏRİ XİDMƏTLƏRİ/ƏLAQƏ

Daşınmaz əmlakın icbari sığortası

Daşınmaz əmlakın icbari sığortası daşınmaz əmlakın yanğın və ya digər hadisələr nəticəsində zədələnməsi, məhv olması, yaxud hər hansı formada itkisi ilə bağlı dəyən zərərin əvəzinin ödənilməsi məqsədi ilə tətbiq edilir.

Daşınmaz əmlakın icbari sığortası ilə yanğın, qaz partlayışı, qısaqapanma, subasma, təbii fəlakətlər, üçüncü şəxslərin qanuna zidd hərəkətləri və digər hadisələrə təminat verir.

18 Oktyabr 2011-ci il tarixində qüvvəyə minmiş “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun 35.2–ci maddəsinə hüquqi və fiziki şəxslərə məxsus tikililərin, yaşayış və qeyri-yaşayış sahələrinin, yaşayış evləri və binalarının, mənzillərin, habelə dövlət əmlakının sığortası icbaridir.

Azərbaycan Respublikasında İcbari Sığorta növləri üzrə fəaliyyət göstərmək üçün sığorta şirkətləri İcbari Sığorta Bürosunun iştirakçı sığortaçıların reyestrinə daxil edilməlidir. “Meqa Sığorta” Açıq Səhmdar Cəmiyyəti 28 mart 2012-ci il tarixdə İcbari Sığorta Bürosunun iştirakçı sığortaçıların reyestrinə daxil edilmişdir.

Yaşayış evləri və mənzillərin icbari sığortası üzrə sığorta məbləğləri və sığorta haqları aşağıdakı kimi müəyyən edilir:

- Bakı şəhərində yerləşən daşınmaz əmlak üzrə sığorta məbləği 25.000 manat, sığorta haqqı 50 manat;

- Gəncə, Sumqayıt və Naxçıvan şəhərlərində yerləşən daşınmaz əmlak üzrə sığorta məbləği 20.000 manat, sığorta haqqı 40 manat;

- digər yaşayış məntəqələrində yerləşən daşınmaz əmlak üzrə sığorta məbləği 15.000 manat, sığorta haqqı 30 manat.