+99412 565-32-32

SİZİN ÜÇÜN FAYDALI

Вакансии

Vəzifə Elanın tarixi İş təcrübəsi Əmək haqqı
Korporativ müştərilərlə iş üzrə namizəd 11 October 2019 minimum 1 il iş stajı

İş barədə məlumat

Əsas vəzifə öhdəlikləri:
- Korporativ müştərilərin tələblərini müəyyənləşdirməklə onlara uyğun sığorta məhsullarının təklif edilməsi;
- Sığorta məhsullarının və xidmətlərinin satışını həyata keçirmək üçün yeni korporativ müştərilərin cəlb olunması;
- Mövcud korporativ müştərilərlə əlaqələrin genişləndirilməsi və uzunmüddətli əməkdaşlığın qurulmasının təmin edilməsi;
- Korporativ sığorta məhsullarının satışı üzrə müəyyən olunan satış planlarının yerinə yetirilməsi.
Vəzifə üzrə tələblər:
- İş təcrübəsi: korporativ sığorta xidmətləri sahəsində minimum 1 il iş stajı;
- Təhsil: Ali;
- Dil bilikləri: Azərbaycan və rus dilində mükəmməl yazı və danışıq qabiliyyəti (ingilis dili arzuolunandır);
- Komandada işləmək bacarığı;
- Satış qabiliyyəti, müştərini inandırmaq bacarığı;
- Yüksək səviyyədə ünsiyyətqurma qabiliyyəti, təqdimat bacarığı və xoş xarici görünüş.
İş şərtləri
- Əmək müqaviləsi bağlanılır
- İş vaxtı: 09:00 - 18:00
- İş günü: 5/2 (şənbə və bazar günləri, dövlət bayramları və milli hüzn günü qeyri-iş günləridir)
- Şirkət tərəfindən korporativ nömrə və danışıq limiti ayrılır
- Şirkət tərəfindən görüşlər üçün sürücü və avtomobil təqdim olunur
- Sabit əmək haqqından əlavə, işin nəticəsindən asılı olaraq əlavə maddi və qeyri-maddi mükafatlar.

Göstərilən tələblərə cavab verən namizədlər CV-lərini hr@meqasigorta.az elektron ünvanına göndərə bilərlər.

Your browser doesn't have Flash, Silverlight or HTML5 support.
Hüquqşünas 23 August 2019 Tələb olunmur

İş barədə məlumat

Əsas vəzifə və öhdəlikləri:
1. Şirkətin hüquqi və qanuni maraqlarının etibarnamə əsasında məhkəmələrdə, digər dövlət orqanlarında, fiziki və hüquqi şəxslərin qarşısında müdafiəsinin təmin etmək;
2. Cəmiyyətə daxil olan hüquqi məsələlərlə bağlı məktub, ərizə və şikayətlərə müvafiq qaydada və müəyyən olunmuş vaxt ərzində cavablar hazırlamaq;
3. Şirkətin fəaliyyəti dövründə Subroqasiya hüququ yaradan bütün məsələləri araşdırmaq və həlli işini təşkil etmək;
4. Sığorta hadisəsi ilə əlaqədar zəruri olan məktubları tərtib etmək;
5. Qüvvədə olan qanunvericiliyin tətbiqi sahəsində yaranan mübahisəli məsələlərin araşdırılması məqsədilə aidiyyəti dövlət orqanlarına sorğu vermək;
6. Müqavilələrin layihələrini hazırlamaq, təqdim edilən müqavilə layihələrini təhlil etmək və rəy vermək.
İş qrafiki: Həftənin 5 günü, saat 09:00-18:00;
Namizədə tələblər
– Ali hüquq təhsili;
- AR Konstitusiyasını, Mülki Məcəlləni, İnzibati Xətalar Məcəlləsini, Cinayət Məcəlləsini, o cümlədən sığorta və səhmdar cəmiyyətlərlə bağlı qanunvericiliyi bilməli;
– Kompüter biliyi: MS Windows, MS Office (Excel, Word, Outlook)
- Azərbaycan, rus, ingilis dillərini bilməli;
– Məsuliyyətli və işində dəqiq;
– Analitik düşüncə, komandada işləmək bacarıqları, çeviklik.

Your browser doesn't have Flash, Silverlight or HTML5 support.

Online Xidmətlərimizə
Xoş Gəlmisiniz!

ELEKTRON SIĞORTA MÜQAVİLƏSİ

(hüquqi şəxslər VÖEN, digərləri FİN kodu daxil edin)