AZ / EN / RU
Şəxsi kabinet
HAQQIMIZDA/FİZİKİ ŞƏXSLƏRƏ/HÜQUQİ ŞƏXSLƏRƏ/MÜŞTƏRİ XİDMƏTLƏRİ/ƏLAQƏ

Avtonəqliyyat vasitələrin sığortası

Siz  Meqa Sığortada avtomobilinizi könüllü KASKO sığortası etdirməklə baş verə biləcək qəzalardan sonra avtomobilinizin təmiri üçün meydana gələcək xərclərin sığorta şirkəti tərəfindən ödənilməsi, eyni zamanda onun oğurlanması və ya tam məhv olması zamanı  əmlak maraqlarınızı qoruya bilərsiniz.

  • Avtomobillərin tam sığortası üzrə aşağıdakı təminatları əldə edə bilərsiniz:

 

  1. Avtomobilin sığortası -  aşağıdakı risklər nəticəsində avtomobilə dəyə bilən zərərlərdən sığorta təminatı verilir:
  • Avtonəliyyat hadisəsi;
  • Atılmış və ya düşmüş əşya;
  • Üçüncü şəxsin qanuna zidd hərəkətləri;
  • Oğurluq, quldurluq, qaçırma, soyğunçuluq;
  • Yanğın və partlayış;
  • Təbii fəlakət;
  • Heyvanların hərəkəti.
  1. Sürücülərin və sərnişinlərin fərdi qəza sığortası - sığorta müqaviləsində göstərilən avtomobilin istifadəsi ilə əlaqədar sürücüsünün və (və ya) sərnişininin həyat və sağlamlığına dəyə bilən zərərlərə sığorta müqaviləsində nəzərdə tutulmuş limitlər həcmində sığorta təminatı verir.
  2. Avtomobil sahiblərinin mülki məsuliyyətinin sığortası - sığorta müqaviləsində göstərilən avtomobilin istifadəsi zamanı üçüncü şəxslərin həyatına, sağlamlığına və (və ya) əmlakına dəyən zərərlərə sığorta müqaviləsində nəzərdə tutulmuş limitlər həcmində sığorta təminatı verir. Bu bölmə üzrə sığorta hadisəsi nəticəsində sığorta müqaviləsində göstərilən limitlər Azərbaycan Respublikası avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası ilə müəyyən olunmuş sığorta limitlərindən artıq olan həddə ödənilir.