*8778

SİZİN ÜÇÜN FAYDALI

ŞƏRİKLİ SIĞORTA

Riskin iki və ya daha çox sığortaçı arasında onların hər birinin hüquq və vəzifələrini ehtiva edən eyni müqavilə əsasında sığortalanması.

SIĞORTA

Müqavilə əsasında riskin ötürülməsinə və bölüşdürülməsinə əsaslanan mexanizm.

SIĞORTA DƏYƏRİ

Sığorta müqaviləsinin bağlandığı günə sığortalanan əmlakın həqiqi tam dəyəri.

SIĞORTA HADİSƏSİ

Sığorta müqaviləsində nəzərdə tutulan, sığorta ödənişini həyata keçirmək vəzifəsi yaradan hal və ya hadisə.

SIĞORTA HAQQI

Sığorta təminatının əldə edilməsi üçün sığortalının sığorta müqaviləsində nəzərdə tutulan məbləğdə və qaydada sığortaçıya ödədiyi məbləğ.

SIĞORTA MARAĞI

Sığorta təminatının mövcudluğu üçün əsas olan, sığortalının sığorta obyekti ilə bağlı qanunvericilik və ya müqavilə ilə tanınan və sığorta hadisəsinin baş verdiyi təqdirdə onun maliyyə itkisinə məruz qalması ehtimalı ilə şərtlənən marağı.

SIĞORTA MƏBLƏĞİ

Sığortaçının sığorta müqaviləsi üzrə öhdəliyinin həmin müqavilədə razılaşdırılmış son həddi.

SIĞORTA MÜDDƏTİ

Qanunvericiliyə və ya sığorta müqaviləsinə uyğun olaraq, sığorta müqaviləsinin qüvvəyə mindiyi tarixdən onun qüvvədən düşdüyü anadək olan müddət.

SIĞORTA MÜQAVİLƏSİ

Sığortaçının sığorta haqqı müqabilində sığortalıdan müəyyən riskləri qəbul etmək və ya belə riskləri onunla bölüşmək razılığının ifadə edildiyi yazılı razılaşma.

SIĞORTA NÖVÜ

Sığortaçı tərəfindən sığorta sinifi və ya sinifləri əsasında müəyyən sığorta qaydalarının hazırlanması yolu ilə müştərilərə təklif olunan sığorta məhsulu.

SIĞORTA OBYEKTİ

Sığortalının və ya sığorta olunanın qanunazidd olmayan hər hansı əmlak mənafeyi və ya onun həyatı, sağlamlığı, əmək qabiliyyəti və ya pensiya təminatı ilə bağlı maraqları.

SIĞORTA ÖDƏNİŞİ

Sığorta olunanın sığorta hadisəsinin baş verməsindən əvvəlki maliyyə vəziyyətinə qaytarılması üçün sığortaçı tərəfindən sığorta müqaviləsinin şərtlərinə uyğun olaraq ona və (və ya) digər faydalanan şəxsə ödənilən maliyyə kompensasiyası.

SIĞORTA OLUNAN

Sığorta müqaviləsi üzrə sığorta təminatı verilən və ya maraqları sığorta müqaviləsi əsasında qorunan fiziki şəxs.

SIĞORTA PREDMETİ

Sığorta müqaviləsi üzrə sığortalanan əmlak mənafelərinin aid olduğu, şəxsi sığorta üzrə fiziki şəxs; əmlakın sığortası üzrə hər hansı əmlak; mülki məsuliyyətin sığortası üzrə mülki məsuliyyətin yaranması halı.

SIĞORTA QAYDALARI

Sığortaçı, habelə sığortaçının üzvü olduğu və ya ona nəzarət edən qurum tərəfindən müəyyən sığorta növü üzrə hazırlanan, sığorta müqavilələrinin standart şərtlərini əks etdirən sənəd.

SIĞORTA ŞƏHADƏTNAMƏSİ

Sığorta müqaviləsində nəzərdə tutulmuş şərtlər əsasında sığorta təminatının mövcudluğu faktını təsdiq edən, sığorta olunana verilməsi üçün sığortaçının birtərəfli qaydada imzaladığı sənəd.

SIĞORTA SİNİFİ

Sığorta fəaliyyətinin ayrı-ayrı sığorta növləri üzrə aparılmasının dövlət tənzimlənməsinin səmərəli həyata keçirilməsi üçün konkret predmetlərə aid ümumi xarakterli risklərin birləşdirilməsindən əmələ gələn sığorta təminatı qrupu.

SIĞORTA SİRRİ

Sığorta münasibətlərinin peşəkar iştirakçılarının sığorta əməliyyatlarının həyata keçirilməsi prosesində əldə etdikləri, sığorta müqaviləsinin təfərrüatlarına dair, habelə sığorta müqaviləsinin aid olduğu müəyyən şəxslərlə bağlı qanunla nəzərdə tutulan, yayılmasına qanunla müəyyən edilmiş qaydada məhdudiyyət qoyulan məlumatlar.

SIĞORTA TARİFİ

Sığorta haqqının hesablanması üçün sığorta predmetinin və sığorta riskinin xarakteri nəzərə alınmaqla sığorta məbləği vahidinə tətbiq edilən müvafiq dərəcə.

SIĞORTA TƏMİNATI

Müəyyən risklərə qarşı sığorta müqaviləsi ilə verilən maliyyə müdafiəsinin həcmi.

SIĞORTA VASİTƏÇİSİ

Sığorta və ya təkrarsığorta müqavilələrinin bağlanmasında, yenilənməsində və ya davam etdirilməsində həmin müqavilənin tərəflərindən birini təmsil etməklə müvafiq lisenziya əsasında ona vasitəçilik xidməti göstərən şəxs.

SIĞORTAÇI

Müəyyən yurisdiksiyada sığorta fəaliyyətini həyata keçirmək üçün qanunla nəzərdə tutulmuş qaydada səlahiyyətləndirilmiş, sığorta müqaviləsində nəzərdə tutulan hallarda və qaydada sığorta ödənişini vermək öhdəliyi daşıyan hüquqi şəxs.

SIĞORTALI

Müəyyən sığorta obyektinin sığorta etdirilməsində sığorta marağı olan və müvafiq sığorta müqaviləsinin tərəfi olan fəaliyyət qabiliyyətli və hüquq qabiliyyətli şəxs.

SUBROQASİYA

Sığorta ödənişi almış şəxsin sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxs(lər)ə qarşı zərərin əvəzinin ödənilməsini tələb etmək hüquqlarının sığortaçıya keçməsi.

Online Xidmətlərimizə
Xoş Gəlmisiniz!

ELEKTRON SIĞORTA MÜQAVİLƏSİ

(hüquqi şəxslər VÖEN, digərləri FİN kodu daxil edin)